Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda mətbuat konfransı keçirilib - YENİLƏNİB

Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda mətbuat konfransı keçirilib - YENİLƏNİB

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransın məqsədi mayın 14-də Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı sualları cavablandırmaq olub.

Qeyd edək ki, sualları ATƏT DTİHB-in seçki müşahidə missiyasında iştirak edən Azər Həsrət cavablandırıb.

Azər Həsrət seçkinin keçirilməsi ilə bağlı düşüncə və müşahidələrini, eyni zamanda ATƏT-in dünənki qərəzli bəyanatı ilə bağlı mövqeyini media nümayəndələri ilə bölüşüb.

Azər Həsrət qardaş ölkə olan Türkiyədə keçirilən prezident seçkilərini ilk gündən yaxından izlədiyini vurğulayıb: “Yəni, qardaş ölkədəki siyasi prosesləri ordan-burdan öyrənmiş yox, şəxsən bilən birisiyəm. Ona görə də məsələyə şəxsən mən daha düzgün qiymət verə bilərəm.

ATƏT-in dəvəti üzrə biz müşahidə missiyasının tərkibində mayın 9-da Ankarada idik. Məni Fransadan olan bir xanımla birlikdə, bir kişi bir qadın olaraq Adana vilayətinə göndərdilər. Bizimlə bərabər daha 6 heyət Adanaya göndərildi. Adanada ilkin müşahidəçilərlə fikir mübadiləsi aparıb məlumatlandıq.
Sonra bizi iki nəfər olaraq Mersin vilayətinə göndərildik və oradakı durumla tanış olduq. Özəlliklə də Mersinin Ərdəmli dairə seçki komissiyasının ofisinə getdik. Mən oranın rəhbərliyindən xahiş etdim ki, “Biz ərazidəyik və səsvermə günündə istədiyimiz seçki məntəqəsinə gələ bilərik”. Sağolsunlar, mayın 14-də tezdən saat 7-yə qalmış məntəqələrin önündə idik. Qeyd edim ki, onlarda səsvermə saat 8-də başlayır.
Səsvermədən öncə vətəndaşlar gəlmişdi. Yəni, səsvermədə fəal idilər.
Daha sonra bir binaya daxil olduq. Onlarda bizdən fərqli olaraq məntəqələr kiçik, 250-350 nəfərlik olur. Bir binada bir neçə məntəqə olur. Hər hansı əngəl hiss olunmadı. Beləcə müşahidələr başladı. Bülletenlərin sayılması, qutunun möhürlənməsi, komissiya üzvlərinin yerində olub-olmaması haqqında məlumat topladıq. Bu mərhələyə qədər heç bir pozuntu olmadı.

Fransız tərəfdaşımla birlikdə əlimizdə olan forumları doldurub oradan uzaqlaşdıq. Gün ərzində bir ümumilikdə 9 məntəqədə səsverməni izlədik. Bu sırf Ərdəmli ilkəsinə aiddir. Bütün məntəqələrdə çox hörmətlə qarşılandıq. Tərəfdaşım da bundan çox məmnün idi. Yenə də hər hansı bir problem olmadı.

Günün sonuna qədər işimizi gördük. Sonda bir məntəqədə qapanışı müşahidə etdik və hər hansı problem yenə də olmadı.

ATƏT DTİHB-in seçki müşahidə missiyasında iştirakçısı qeyd edib ki, seçkidə bəzi heyətlər həyati təhlükə hiss etdiyini dedilər: “Amma biz elə bir şey müşahidə etməmişdik. Həmin o heyətlər dedilər ki, “Binalar təzə boyanmışdı və bizi aldatmaq isdədilər”. Bunun məsələyə nə dəxli var? Bura zatən zəlzələ bölgəsidir. Orada dağılan və çatlayan yerlər olması da normaldır. Hara gəldiyinizi bilmirsiniz?!

Saha sonra Osmaniyədən gələnlərə söz verildi. Fransadan olan adam açıq şəkildə dedi ki, səhər tezdəndən bizi güdür və ölümlə hədələyirlər. Mən təcrübəli adamam və buna çox təəccübləndim. Bu adam düz bir saat Osmaniyədə təhdid altınsda olduğu haqqında məruzə oxudu. Onlar dedilər ki, təhlükədə olduqları barədə mərkəzə məlumat verdilər.
İşin başqa tərəfi də var. ATƏT-in qaydalarına görə həyati təhlükə yaranarsa, missiya həmən an dayandırılmalıdır. Amma sual yaranır ki, “Bu adamlar səhər tezdəndən ölümlə təhdid olunublar və seçkinim üzvü olmağa davam edirlər?!.

Mən orada heç bir təhdid görmədim. Axı biz forum göndərəndə də heç bir şikayətimiz olmadı. Başa düşdüm ki, Fransadan gələn heyəti seçkilərə ləkə yaxmaq üçün təlimatlandırıblar”.

Azər Həsrət sonda nitqini belə yekunlaşdırıb: “Cənab Rəcəb Tayyib Ərdoğan əgər azacıq saxtakarlıq etsəydi, elə birinci turdan seçilərdi. Amma adam onu belə etmədi.

Heyətə gələn insanlar ona köklənmişdi ki, Kemal Kılıçdaroğlu qalib gəlsin. Bunun bizə nə istisi soyuğu var! Müşahidəçi neytral olmalıdır.

Mən Türkiyəyə getməmişdən 1 həftə öncə qeyd etdim ki, seçki bitənə kimi Türkiyə ilə bağlı heç bir şərh verməyəcəyəm. Çünki mən müşahidəçi olaraq neytral idim. Bizə atılan böhtana göz yummamaq, adımızdan istifadə edilməməsi üçün bu haqda açıqlama verməyi özümə borc bildim”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə