“Afrika gününə” həsr olunan konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qoşulmama Hərəkatına və Azərbaycanın bu təşkilata sədrliyinə dair konfrans keçirilir. SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev açıq elan edib. Konfransın məqsədi beynəlxalq kontekstdə Qoşulmama Hərəkatının rolunu müzakirə etməkdir.
Bildirək ki, konfrans 16-17 may olmaqla iki gün təşkil olunub. 16 may tarixində “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı ilk konfrans Haaqada yerləşən “LİNKS Europe” ilə birgə təşkil olunmuşdu. Bu günkü konfrans isə “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusundadır. Onu da qeyd edək ki, bu gün keçirilən konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilədir. Konfrans hər il mayın 25-də qeyd olunana “Afrika gününə” həsr olunub.
Konfransın məqsədi Afrika və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan siyasətçi və ekspertləri bir araya gətirərək Afrikanın güclənməsi və qlobal geosiyasi şəraitdə multilateralizmin təbliğinə dair strategiyaları müzakirə etməkdir.
Hər iki tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB