"Ermənistan heç cür vəhşilikdən uzaqlaşa bilmir" - DEPUTAT ŞƏRH EDTİ
“Ermənistan hərbiçilərinin əsir düşən Azərbaycan əsgərinə qarşı hərəkəti vəhşilik və insanlığa sığmayan bir hərəkətdir. Bu bir daha göstərir ki, Ermənistan hərbiçilərinə insanlığa sığmayan davranışlar və Azərbaycana qarşı nifrət hissi aşılanır. Onlar silahsız, təsadüfən əsir düşmüş insana qarşı ən alçaq hərəkətləri etməyə hazırdılar. Azərbaycan tərəfi isə əsir düşmüş erməni əsgərlərinə qarşı həmişə humanist davranışlar göstərib. Eyni zamanda, onlara tibbi xidmətlər göstərilib və öz ailələri ilə danışması üçün şərait yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi əsiri müayinə etməsi üçün şərait yaradıb: “Ermənistan tərəfindən isə heç vaxt eyni addımlar atılmayıb. Azərbaycan artıq öz etirazını bildirərək beynəlxalq ictimaiyyətin diqqətini həmişə bu məsələyə yönəldir. Təəssüf edirik ki, beynəlxalq təşkilatlar, xarici ölkələr bu məsələdə Ermənistan tərəfə öz qətiyyətli etirazını bildirmirlər. Diplomatik bəyanatlar heç nə həll edə bilməz. Ermənistan heç cür işğalçılıq niyyətindən və vəhşilikdən uzaqlaşa bilmir.
Azərbaycan tərəfi öz əsgərini əsirlikdən qurtarması üçün bütün mümkün addımları atacaqdır. Dövlətimiz öz vətəndaşını, ələxsus öz əsgərini heç vaxt darda qoymayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB