"Barbar biz yox, ermənilərdir" - DEPUTAT ŞƏRH ETDİ

"Barbar biz yox, ermənilərdir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsil mahiyyətini tam əks etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, illər keçib bu xalqın mahiyyəti və xəstə təxəyyülü dəyişməyib və görünən odur ki, heç zaman dəyişməyəcək: "Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq. Tarix xalqlar başlarına gələn faciələri unutmayanda təkrarlanmır".

Deputat sözlərinə davam edərək bildirib ki, azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar, əksinə yaralı erməni əsgərinə ilkin tibbi yardım göstəriblər: "Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir.

Bu həm də onu göztərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirsinlər, bu barbarlığı pisləsinlər. Əsil vəhşilik və barbarlıq budur. Vəhşi, barbar biz yox ermənilərdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə