"Qarşımızda sülhə və təhlükəsizliyə qənim kəsilmiş bir ölkə var" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Qarşımızda sülhə və təhlükəsizliyə qənim kəsilmiş bir ölkə var" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatların qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alındı. Hazırda ərazidə vəziyyət sabit olaraq alır. Lakin heç kim erməni silahlı qüvvələrinin bir daha təxribatlara əl atmayacağına təminat verə bilməz. Əlbbəttə qarşımızda olduqca təhlükəli, bölgədə sülhə və təhlükəsizliyə qənim kəsilmiş bir ölkə var. Əvvəlki aylarda olduğu kimi bütün cəhdlərin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi müharibə istəmir: "Biz dəfələrlə sülh və təhlükəsizlik istədiyimizi bütün dünyaya bərqərar etmişik. Lakin təəssüf ki, Ermənistan siyasi rəhbərliyi heç bir halda sülhə gəlmək istəmir.

Azərbaycan tərəfi həm hərbi, həm də siyasi müstəvidə mümkün olan bütün addımları atıb. Diplomatik müstəvidə də Azərbaycan dövlət orqanları səviyyəsində çox ciddi və sərt bəyanatlarla çıxış edib. Biz bundan sonra da ölkənin suverenliyi, Ermənistanın işğalçılıq və separatçılıq əməllərinin qarşısını almaq üçün qətiyyətlə çalışacağıq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə