"Qazaxıstan bizim çətin günlərimizdə yanımızda olub" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qazaxıstan bizim çətin günlərimizdə yanımızda olub" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Qazaxıstan arasında münasibətlər bütün dönəmlərdə çox yaxşı olub. Bildiyiniz kimi, hər iki ölkə müstəqillik qazandıqdan sonra qardaşlıq münasibətləri yaranmağa başlanıb. Təbii ki, bu münasibətlərin daha da inkişaf etməsi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə baş verib. Qazaxıstan və Azərbaycan qardaş ölkədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bizim problemli məsələlərimizdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir: "Müasir dövrdə Qazaxıstanla münasibətlərimiz daha da inkişaf edərək yeni bir yol aldı. Bu yol münasibətləri inkişafa aparır. Azərbaycan tranzit ölkə olaraq Mərkəzi Asiya ölkələri, o cümlədən, Qazaxıstanın neftinin və qazının Avropaya çıxarılmasında vasitəçi rol oynayır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri və ondan öncə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərən bir amildir. Biz hesab edirik ki, bu münasibətlər daha da inkişaf edəcək. Çünki artıq Qazaxıstan yeni bir dönəmdədir".

Politoloq sözlərinə davam edərək bildirib ki, Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayevin də Azərbaycana qarşı münasibəti hər zaman müsbət olub: "Türk Dövlətlərin Parlament Assambleyası var və orada da Qazaxıstan-Azərbaycan əlaqələri müsbət istiqamətdə irəliləyir. Bütün bunlar onu göstərir ki, cənab Prezident İlham Əliyev tərəfindən Türk Dövlətlərin Parlament Assambleyasının daha genişlənməsi, iqtisadi, mədəni və başqa sahələrdə inkişaf etdirilməsi yolunda atılan addımlar Qazaxıstan tərəfindən də müsbət qarşılanmış və dəstəklənmişdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə