İranın məntiqsiz təxəyyülü və QONDARMA “İSLAM TƏƏSSÜBKEŞLİYİ” – TƏHLİL

İranın məntiqsiz təxəyyülü və QONDARMA “İSLAM TƏƏSSÜBKEŞLİYİ” – TƏHLİL

İranın özünü guya İslam təəssübkeşi kimi təqdim etmək istəyi özünəməxsus şəkildə olan qeyri-məntiqi davranışlarında, tərzində, axmaq təxəyyüllərində yenə də özünü göstərməkdədir. Məhz öz missiyalarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatların “arzuolunmaz şəxs” elan edilərək, ölkəmizdən çıxarılmasını Fələstin-İsrail münaqişəsinə bağlamaq, “sionistlər” və region düşmənlərinin istəklərindən imtina etmək” çağırışını Azərbaycana ünvanlamaq, hətta “diplomatik tədbirlər görüləcəyi” ilə hədə kəsmək təkcə hədsizlik deyil, həm də axmaq, məntiqsiz təxəyyülün məhsulu və təzahürüdür.

Sirr deyil ki, öz missiyalarına uyğun fəaliyyət göstərməyən iranlı dilomatlar Azərbaycandan çıxarılıb və bunun Fələstinə heç bir aidiyyatı ola bilməz axı. Yaxud, İsrailin bu məsələyə nə aidiyyatı ola bilər? Axı bu məsələlərin bir-biri ilə heç bir şəkildə məntiqi bağlılığı yoxdur. Molla rejiminin belə axmaq, məntiqsiz təxəyyülünə, belə uyğunsuz siyasi yanaşmasına dünyanın diplomatiya tarixində çətin ki, rast gəlinsin. Heç bundan sonra da rast gəlinəcəyinə inanmaq olmur. Üstəlik, Fələstinin özünün belə xəbər olmadan belə hədsizlik etmək və Azərbaycana qarşı istifadə etmək niyyəti ilə Fələstin məsələsini ortaya atmaq ancaq molla rejiminin anormal siyasi yanaşması ola bilərdi ki, təkcə biz yox, bütün dünya bu məntiqsiz təxəyyülün, anormallığın bir daha şahidi oldu.

İsraildə səfirliyimizin açılmasına İran niyə etiraz etməlidir, yaxud buna hansısa əsası ola bilərmi? Əlbəttə ki, ola bilməz və yoxdur da. Üstəlik, Fələstinin özünün bir etirazı olmadığı halda, onun əvəzinə Azərbaycanım İsraildə səfirlik açmasına İran hansı məntiqlə etiraz edə bilər? Yaxud, İranın ölkəmizdəki şəbəkəsinin neytrallaşdırılmasına qarşı tədbirləri rəsmi Tehranı niyə narahat edir və bunu yenə də Fələstin-İsrail məsələsinə bağlamaq belə hansı məntiqə uyğundur? Dünyanın diplomatiya tarixində bu qədər absurd yanaşmanın olması və yaxud olacağı mümkünsüzdür və molla rejiminin məntiqsiz, absurd yanaşmasını ortaya qoyur. İsraildə səfirliyimizin açılmasına Fələstin etiraz etməyib və təbii ki, etiraz etməzdi də. Çünki hərhansı bir ölkədə səfirlik açmaq bizim ölkəmizin suveren hüququdur və buna hörmətlə yanaşılmalıdır, etiraz edilməli deyil. Həm də axı İsraillə yanaşı, Fələstinlə də bərabər səviyyədə əməkdaşlıq etdiyimizin Fələstin hökuməti fərqindədir. Onun da fərqindədir ki, Azərbaycan-Fələstin münasibətlərinin tarixi kifayət qədər zəngindir və yalnız son zamanlara aid deyil. Hələ ötən əsrin sonlarından, daha dəqiq desək, 1992-ci ildən ölkələrimiz arasında qurulan və hazırki dövrə qədər davam edən diplomatik münasibətlər fonunda Azərbaycanın Fələstinə dəstək verdiyi da diqqətdən yayına bilməz. İstər Qüds məsələsində, istər Fələstinin ərazi bütövlüyünün tanınması məsələsində, istər İslam həmrəyliyi kontekstində hər kəs bunun şahididir. Üstəlik, beynəlxalq platformalarda, eymi zamanda maliyyə yardımlarında da deyilənlər öz təsdiqini tapır və təkzibedilməz fatlar Fələstin tərəfindən qiymətləndirilir. Sözsüz ki, rəsmi Bakı da ölkələrimiz arasındakı bu diplomatik əlaqələrə dəyər verir və İsraildə səfirliyimizin açılması mərsimində iştirak edən xarici işlər naziri Ceyhun Bayramovun bu mərasimin ardınca Fələstinə səfər etməsi bu dəyərin bariz nümunəsi sayılır və bütün bunların fonun Fələstinin Azərbaycanla münasibətlərini davam etdirməsi tam məntiqidir, baxmayaraq ki, bu, molla rejiminin çürük məntiqi ilə üst-üstə düşmür. Elə bu səbəbdəndir ki, İran Azərbaycana qarşı etirazını Fələstinin adından edir, özü də təkrarolunmaz və özünəməxsus məntiqsiz təxəyyülü ilə. Sözsüz ki, İranın bu məsələdə hansısa məkrli niyyəti var və belə məntiqsiz siyasi yanaşmada çirkin məqsəd də güdülür.

İranın hər şeyi “sionistlər” adı altında pərdələmək, bununla da öz çirkin əməllərinə haqq qazandırmaq niyyəti göz önündədir. Ən dəhşətlisi isə odur ki, müsəlman ölkəsi olan Azərbaycana hücumlarına dini kəsimin, İslam ölkələrinin dəstəyini qazanmaq fikrinə düşüb bu molla rejimi. Bir sözlə, İran ölkəmizə qarşı çirkin əməllərinə də, niyyətlərinə də İslam ölkələrini ortaq etmək arzusundadır. Belə bir arzunun, istəyin fonunda, üstəlik, özünü hələ “İslam təəssübkeşi” kimi göstərmək, “müsəlman müdafiəçisi” komuflyajı geyinmək həyasızlığın son həddidir. Ona görə ki, İran heç zaman “İslam təəssübkeşi”, yaxud “müsəlman müdafiəçisi” olmayıb. Əksinə, İran davamlı olaraq İslam dininə aid dəyərlərə də, müsəlmanlara da məhəl qoymayıb, düşmən münasibət sərgiləyib. Təkcə biz yox, bütün dünya bunun şahidi oldu ki, istər

I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində Ermənistan müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistana dəstək verdi. İşğalçı ölkə olan Ermənistana məhz müsəlmanların yaşadıqları əraziləri işğal, talan etmək, müsəlman əhaliyə qarşı qətliyam, soyqırım törətmək üçün silah-sursatdan tutmuş, hərbi təyinatlı yardımlara qədər dəstək durağı İran özü üçün məqbul hesab edib rəva bilibsə, hansı “İslam təəssübkeşliyi”, yaxid da ki, “müsəlman madafiəçisi” olduğu barədə iddialı ola bilər? Müsəlman əhalinin qırğınlara, işgəncələrə məruz qalması, öz yurd-yuvalarından qovulması, onların ev-eşiklərinin, ələlxüsus da dini mədəniyyət abidələrinin talan edilməsi üçün işğalçılara, separatçılara silah-sursat yardımı edən molla rejiminin belə bir iddiada olması belə çox absurd səslənir.

Müsəlmanların ibadət etdiyi ən müqəddəs yer olan məscidlərin sökülməsinə, müqəddəs kitabımız olan Qurani-Kərimdən olan ayələrin yazıldığı daşların bazara çıxarılaraq satılmasına qədər ermənilərin alçaq əməllərinə hər istiqamətdə dəstək vermək nə vaxtdan “İslam təəssübkeşliyi” sayılıb? Allahın ayələrinin yazıldığı daşların, eləcə də Allah evinə məxsus olanların satışına rəvac verməklə İslam dini, müsəlmanlıq arasında çox böyük uçurum var və bütün buların fonunda İranın özünü müsəlman dövləti kimi göstərməsi çox böyük bir təzaddır, eyni ilə indi də “İslam təəssübkeşliyi” iddiasında olduğu kimi.

Sirr deyil və bütün dünyaya belə artıq bəllidir ki, işğaldan öncə Azərbaycan ərazilərində, 67-ci məscid, 192-si də ziyarətgah olmaqla, İslam irsinə məxsus 403 tarixi-dini abidəyə qarşı işğalçı Ermənistan çox vəhşicəsinə davranıb və onların əksəriyyəti məhv edilib. İşğal dövründə müsəlmanların ibadət etdiyi, Allahın evi salınan 67 məsciddən 63-ü erməni separatçılatı tərəfindən tamamilə məhv edilib, qalan 4 məscid isə yararsız hala salınıb, hətta təhqir də olunub. İslam dinində ən müqəddəs yerlərdən sayılan məscidlərimizdə nümayişkəranə şəkildə donuz saxlamayan, həmin məscidləri tövlə kimi istifadə edən erməniləri dəstəkləməklə, onlara yardımlar etməklə “İslam təəssübkeşliyi”, eləcə də “müsəlman müdafiəçisi” bir müstəviyə sığa bilməz axı. Azərbaycanın müsəlman əhalisi, xalqımız işğalda saxlanılan torpaqlarını, eləcə də məscidlərini işğalçılardan azad etmək üçün mübarizə apardığı 44 günlük Vətən müharibəsində də İran öz mövqeyini, daha dəqiq desək, “İslam təəssübkeşi”, eləcə də “müsəlman müdafiəçisi” deyil, ermənipərəstliyini, Ermənistanın tərəfində olduğunu nümayiş etdirdi. Ermənistana silah-sursat, informasiya, kəşfiyyat dəstəyi verən, iqtisadi və siyasi yardım göstərən, müsəlman Azərbaycana qarşı, İslama qarşı təhqiramiz hərəkətlər edən bir ölkəni müdafiə edən İranın “İslam təəssübkeşi” dediyi qondarma iddiadır və hamı bilir ki, bu ölkə “müsəlman müdafiəçisi” olmayıb, ermənilərə yardımlarının davam etdiyi də göstərir ki, belə bir niyyəti belə yoxdur. Deməli, qondarma “İslam təəssübkeşi” iddiası da, “müsəlman müdafiəçisi” kimi çıxış etməsi də siyasi məqsədlər üçündür və İran İslam dinini yalnız məkrli siyasi məqsədlər, maraqları üçün alət olaraq istifadə edir, ölkəmizə qarşı da bu dini alət hesab edərək pərdələnməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə