Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.
SİA-nın məlumatına görə, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirə Qırğızıstan sədrlik edib.
Birliyə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələri arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər.
Xatırladaq ki, MDB İqtisadi Şurasının növbəti iclası iyunun 23-də Moskvada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB