"Ulu öndərin zəngin irsinin yaşadılması hər birimizin mənəvi borcudur" - ƏLİ ƏSƏDOV
"Ötən il qədim Şuşanın 270 illiyi qeyd edilib. "Şuşa İli" haqqında cənab Prezident İlham Əliyevin sərəncamının icra edilməsi məqsədilə çoxsaylı silsilə tədbirlər, Dünya Azərbaycanlılarının V Qurultayı, Qoşulmama Hərəkatının Gənclər Sammitinin yekun toplantısı, "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri" keçirilib". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, Şuşa 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib: "Həmçinin, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Ulu öndərin yubileyinin dövlət səviyyəsində təmin olunması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Ulu öndərin zəngin irsinin yaşadılması yaşımızdan və vəzifəmizdən asılı olmayaraq hər birimizin mənəvi borcudur.
2020-ci il 8 noyabr nidasını Şuşada qoyan və bununla ata vəsiyyətini yerinə yetiriən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin bizlərə miras qoyduğu Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi və vətənimizin çiçəklənməsi üçün yorulmadan səy göstərməliyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB