Bəhruz Quliyev beynəlxalq konfransda iştirak etdi - FOTOLAR

Bəhruz Quliyev beynəlxalq konfransda iştirak etdi - FOTOLAR

Martın 15-də Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə “Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti” mövzusunda ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib. SİA xəbər verir ki, tədbirdə gələcək inkişaf üçün yeni ideya, konsepsiya və strategiyanın təqdim edilməsi, müxtəlif ölkələrin siyasi partiyalarının iştirakı ilə daha sağlam və təhlükəsiz dünyanın qurulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyaları ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə və maraqlarına uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq və diktə siyasətini qəbuledilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyalarının yeni çağırışlar mühitinə uyğun dünyanın qurulmasında rolunun artırılmasına çağırış edib.

Dünyanın siyasi partiyalarını və dünya mediasını təmsil edən 600-dən artıq iştirakçının təmsil olunduğu zoom konfransda SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə