"Avropa Parlamenti göz görə-görə yalan danışır" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Əlbəttə, Avropa Parlamentinin bu qərəzli yanaşması bizi təəccübləndirmir. Bu yanaşma ilk dəfə deyil, yəqin ki heç sonuncu da deyil. Amma düşünürəm ki, istənilən halda xüsusən də parlamentimiz bu məsələ ilə daha ciddi məşğul olmalıdır. Yəni təkcə prezidentlə, yaxud prezidentin komandası ilə iş bitmir. Hər birimiz kimin əli, səsi hara çatırsa, mütləq hərəkət etməliyik. Çünki bunlar kor-kor, gör-gördür. Yəni, göz görə-görə gerçəkləri təhrif edirlər, yalan danışırlar, açıq şəkildə qərəzli mövqe sərgiləyirlər və bütün bunlara biz dözməli deyilik. Biz çalışmalıyıq ki, bu qərəzin dayandığı bir nöqtəyə gəlib çataq. Bunun üçün isə bir qədər daha geniş açılmaq lazımdır. Yəni, Avropaya daha geniş açılmaq lazımdır ki, oradakı siyasətçilərlə, özəlliklə də parlament üzvləri ilə geniş iş aparaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Təəssüflər olsun ki, bizim parlamentimiz keyfiyyət baxımından o qədər də bu məsələdə suallarımıza cavab verə biləcək həddə deyil. Yəni, artıq parlamentlə bağlı da müəyyən hərəkətlənmə olmalıdır. Elə bir şərait yaradılmalıdır ki, 125 deputatın 125-i də işləyə bilsin. Özəlliklə də Avropa Parlamenti kimi platformaları ilə iş qura bilsin. Bu sahədə bizim özümüzün də əyər-əskiyimiz var. Amma bütün bunlar heç də o demək deyil ki, durub bizə böhtan atmalıdırlar, yaxud bizim haqqımızda bu cür aşağı-yuxarı danışıb qərəzli qətnamələr, bəyanatlar, sənədlər qəbul etməlidirlər. Hər halda Avropa bu utancdan qurtulmalıdır. Biz Avropaya daha çox üstün bir mədəniyyət və demokratiya kimi baxmışıq. Amma bizə münasibətdə sərgilədikləri davranış onlarla bağlı çox dərin təəssüf hissi yaradır. Bu Azərbaycanın Avropaya inteqrasiya yolunda çox mənfi nəticələrə gətirib çıxara bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB