Heç kim üçün sirr deyil ki, Ermənistan digər sahələrdə olduğu kimi, iqtisadi baxımdan da özünün tənəzzül dövrünü keçirir. Baxmayaraq ki, Nikol Paşinyan bir neçə il bundan əvvəl daxili auditoriyanı ələ almaq, aldatmaq, hakimiyyət kürsüsünü ələ keçirmək məqsədi ilə öz xalqına şirin vədlər vermişdi, erməni xalqı bunun yalnız boş vədlər olduğunu çoxdan başa düşüb. Görünən odur ki, Ermənistan vətəndaşları çox çətin durumdadırlar və səfalət bu ölkəni öz cənginə alıb.
İstehsalın Ermənistanda az qala sıfır səviyyəsində olması günün reallığıdır və bundan sonra hələ uzun müddət müsbət istiqamətdə hansısa kardinal dəyişikliyin olacağı da gözlənilmir. Əvvəla ona görə ki, bunun üçün işğalçı ölkədə hem bir zəmin yaradılmayıb. Bu ölkə daim işğalçılıq siyasəti yürüdüb və istehsal haqqında düşünən belə olmayıb. Digər tərəfdən də özünü marginallaşmış bir duruma salan ölkədə hansısa istehsaldan danışmağa belə dəyməz. Heç bir regional layihədə iştirak etməyən ölkənin indi hansısa potensialından danışmağa dəyməz və belə davam edərsə, ümumiyyətə, istehsal bir yana, hökm sürən böhranın daha acınacaqlı hala gələcəyi təkzib edilə bilməz.
Avrasiya İnkişaf Bankının (AİB) bazar ertəsi dərc etdiyi 2023-cü il üçün makroiqtisadi proqnoza əsasən, bundan sonra da Ermənistan dramının dəyərdən düşməsi gözlənilir. Bir sözlə, işğalçı ölkədə inflyasiyanın idarəedilməz bir halda olması, həmin ölkənin pul vahidinin sürətlə dəyərdən düşməsi və bu prosesin bundan sonra daha sürətlə davam edəcəyi açıq şəkildə etiraf edilir. İndi erməni ekspertlər də etiraf edirlər ki, ölkələrində vəziyyət acınacaqlıdır və günü-gündən daha ağır olacağı gözlənilir. Ekspertlər bu ölkədə istər cari ildə, istərsə də növbəti illərdə ümumi daxili məhsulun (ÜDM) sürətlə azalacağını proqnozlaşdırırlar. Sözsüz ki, onlar belə bir proqnoz verməkdə haqıdırlar, çünki hələ də müsbət dinamikadan söhbət belə gedə bilməz.
Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına və ucuz enerji mənbələrinə çıxışının olmaması, xammal və komponentlərə çıxışın çətinliyi artıq bu ölkə iqtisadiyyatı üçün tənəzzül dövrü deməkdir. Bunu başda elə baş nazir Paşinyan olmaqla bütün ermənilər yaxşı bilirlər. Yaxşı bilirlər ki, məhdud imkanlar, daha doğrusu imkanların olmaması heç bir müsbət nəticə barədə vəd verməyə şans belə saxlamır. Əsində, statistik göstəricilər və onların gündən-günə aşağı düşməsi də çox məqamlardan xəbər verir və təsdiq edir ki, tənəzzül hələ uzun müddət hökm sürəcək. Nəinki işğalçı ölkənin öz statistik göstəriciləri, hətta müxtəlif beynəlxalq reytinq sistemləri də Ermənistanın hədsiz dərəcədə gerilədiyini təsdiq edir.
Dünyanın 134 ölkəsini əhatə edən makroiqtisadi göstəricilərin qiymətləndirilməsi üçün beynəlxalq reytinq sistemi olan İqtisadi Mürəkkəblik İndeksinə əsasən, Ermənistan son 20 ildə 32-ci yerdən 79-cu yerə düşüb. Bir sözlə, böyük sürətlə geriləmə reytinq sistemində də öz təsdiqini tapıb. Müqaisə və təhlillər də göstərir ki, geriləmə çox böyükdür və bunun adı elə tənəzzüldür. Müqaisə üçün diqqətə çatdıraq ki, əgər 2000-ci ildə Ermənistan iqtisadiyyatının şaxələndirilmə səviyyəsi bəzi Balkan dövlətlərinin göstəricilərinə yaxın idisə, artıq 2020-ci ilə qədər bu, Afrika ölkələrinin səviyyəsinə düşüb. Belə davam edəcəyi təqdirdə, səviyyənin daha aşağı düşəcəyi də proqnozlaşdırılır və görünür bir müddətdən sonra Afrika ölkələrindən də aşağı səviyyədə olacağını müşahidə edəcəyik.
Beynəlxalq reytinq sistemində göstərilir ki, bazar üstünlüyü baxımından Ermənistan ən sonuncu yerdən cəmi bir addım irəlidədir. Daha dəqiq desək, axırdan əvvəlki, yəni 133-cü yerə düşüb. Daxili rəqabətin sıxlığına görə də vəziyyət Ermənistan üçün qənaətbəxş deyil. Beləki, daxili rəqabətin sıxlığına görə bu ölkə hazırda yalnız Bosniya və Çadını qabaqlayır və hələlik 132-ci yerdə qərarlaşıb. Hələlik ona görə ki, belə davam edəcəyi təqdirdə heç bir ölkəni qabaqlaya bilməyəcək, ən axırıncı yerdə oacaq, çünki mövcud vəziyyət bunu göstərir, bundan xəbər verir. Ondan xəbər verir ki, hələ bu vəziyyət uzun zaman davam edəcək və bu ölkəni tənəzzülün daha dərin nöqtəsinə sürükləyəcək.
Göründüyü kimi, Ermənistan çoxdandır ki, iqtisadi mühitin olmadığı kiçik inkişaf etməmiş ölkənin klassik nümunəsidir. Ölkə iqtisadiyyatına təsir edən mənfi amillər də kifayət qədərdir. Bu mənfi amillər də istər-istəməz rentabelliyin azalmasına və istehsalın maya dəyərinin artmasına gətirib çıxarır. Yaranan vəziyyət isə həmin ölkənin əhəmiyyətli regional ixracatçıya çevrilmək perspektivindən məhrum olması deməkdir. Doğrudur, Ermənistan heç vaxt ixracyönümlü ölkə olmayıb, amma bu o demək deyil ki, olmamalıdır. Necə ki, 2000-2022-ci illər ərzində əsasən mis, qızıl, molibden, konservləşdirilmiş meyvə-tərəvəz, həmçinin siqaret və spirt olmaqla Ermənistanın ümumi ixracı orta hesabla ÜDM-in 17%-i həddində olub, əksər postsovet ölkələrindən aşağı olub, gedişat onu göstərir ki, bundan sonra daha da aşağı oacaq.
Heç şübhə yoxdur ki, Ermənistan iqtisadiyyatında baş verən proseslər gələcəkdə yerli istehsalın və məhsul ixracının əhəmiyyətli dərəcədə artacağına ümid etməyə obyektiv əsas vermir. Əksinə, zərrə qədər də ümid yeri qoymur. Bu ölkəyə daxil olan pul kütləsi ancaq köçürmələr hesabınadır. Əlbəttə ki, sadalanan məhsullar Rusiya bazarına ötürülüb. Məsələ burasındadır ki, bu özü də müsbət məqam sayılmır. Əvvəla ona görə ki, Rusiya az qala bütün dünyanın sanksiya tətbiq etdiyi ölkədir və bu ölkəyə hansısa məhsulun göndərilməsi, bir sözlə, sanksiyaardan yan keçmə Ermənistan kimi cılız bir öklə üçün fəlakət deməkdir. Rusiya-Ukrayna müharibəsi fonunda ruslarla ticarət əlaqələri erməni biznesinin Rusiya istiqamətində belə yüksək xarici ticarət fəaliyyəti Avropa İttifaqının müvafiq strukturlarının diqqətini cəlb etməyə bilməz. Daha dəqiq desək, bu məqam artıq kifayət qədər diqqəti cəlb edib. Bu yaxınlarda Avropa İttifaqının sanksiyalar üzrə elçisi təyin olunmuş David O'Sullivan “Financial Times”-a bildirib ki, Avropa İttifaqı və onun müttəfiqləri Rusiyanın postsovet ticarət tərəfdaşlarından olan ixracat artımını araşdırır. Bu ilin fevral ayının sonunda Avropa İttifaqı ölkələri mövcud rejimdəki boşluqların aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirləri, o cümlədən hərbi məqsədlər üçün istifadə oluna bilən malların Rusiyadan tranzitinə qadağa qoyan onuncu sanksiyalar paketini imzaladılar. Bunlar heç də təsadüfi sayıla bilməz və Ermənistan üçün ümumiyyətlə, arzuolunan deyil. Avropa mətbuatının yazdığına görə, “şübhəlilər” siyahısına Ermənistan və Qırğızıstan, qismən də Qazaxıstan daxildir, lakin xarici ticarətin uyğunsuzluğu səbəbindən postsovet məkanında ən böyük şübhə yarada bilən məhz işğalçı ölkə olan Ermənistandır. Buradan belə bir nəticə çıxır ki, Avropa İttifaqı ölkələri, xüsusən də ermənilərin özlərinə daha yaxın saydıqları, arxalandıqları Fransa beə bu il İrəvanın Moskva ilə ticarətdə beynəlxalq məhdudiyyətlər rejimini pozmasına, o cümlədən ikili malların təkrar ixracına göz yummayacaq. Bu isə o deməkdir ki, Ermənistanın sıxıntıları əhəmiyyətli dərəcədə artmaq üzrədir və bunun da nəticəsi hər kəsə bəllidir. Deməli, hayların tənəzzüldən yaxa qurtarmaları üçün zərrə qədər güman yeri yoxdur, əksinə, daha da dərinləşmə proqnozunu verməkdə hər kəs haqlıdır.
Ötən il iqtisadi fəallığı artıra biləcək xarici amillərin əksəriyyəti cari ildə, 2023-cü ildə Ermənistanın zəif iqtisadiyyatının, süzgəc kimi sızan skeletini daha dəstəkləməyəcək. Avrasiya İnkişaf Bankının 2023-cü il üçün bu yaxınlarda dərc olunmuş makroiqtisadi proqnozunda qeyd edildiyi kimi, Rusiya köçürmələri hesabına Ermənistandan ixracın artımı ölkəyə xarici valyuta axını ilə məhdudlaşdırılacaq. Proseslərin gedişi göstərir ki, Ermənistanın tədiyyə balansında kəsir yaranacaq, dramın həddindən dəyərdən düşməsi də 2023-cü ildə davam edəcək. Bir sözlə, bu gün yalnız işğal və zəbt haqqında düşünən Ermənistanı narahat etməli böyük daxili problemləri kifayət qədərdir. Digər sahələrlə yanaşı, eyni zamanda iqtisadi tənəzzül içərisində olan bir ölkənin durumu artıq bəllidir və bu ölkə xam xəyallara düşməkdənsə, ilk növbədə tənəzzülün öhdəsindən gəməyi planlamalıdır ki, mövcudluğunu qoruya bilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB