"Bakı Forumu dünyanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT DANIŞDI
"Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır. Artıq sayca 10-cu Qlobal Bakı Forumu Nizami Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, bu forum öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər: "Hətta deyərdim ki, onlardan daha da əhəmiyyətlidir. Qlobal Bakı Forumunda sözün əsl mənasında dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır.
Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində üç böyük toplantı təşkil olundu. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. 10-cu Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında forumun istiqamətlərinə də bir daha aydınlıq gətirdi. Münaqişələr məsələsi, post pandemiya dövründə inkişaf məsələləri və digər mühüm məsələlər forumun əsas müzakirə predmetlərini təşkil edir. Bu baxımdan hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB