Sadəcə əsgərlər üçün getdi? - QALMAQAL

Sadəcə əsgərlər üçün getdi? - QALMAQAL

ABŞ Ordusunun Baş Qərargah rəisi Mark Millinin Suriyanın şimalına səfəri səbəbilə ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake Xarici İşlər Nazirliyinə çağırılıb. SİA Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Ankara Vaşinqtondan mövzu ilə bağlı açıqlama tələb edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Millinin Suriyanın şimalındakı hərbi bazada "yalnız öz əsgərləri ilə danışdığını" bildirib. “Bizim anladığımız qədər, general Milley Suriyada olarkən yalnız ABŞ əsgərlərinə baş çəkib və ABŞ hərbçiləri ilə görüşüb”, - Prays deyib.

Digər tərəfdən ABŞ-ın müdafiə naziri Lloyd Austin ötən gün İraqa gözlənilməz səfər edərək İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb. Görüşdə iki ölkənin əlaqələri və əməkdaşlığı, həmçinin İŞİD-lə mübarizə məsələləri müzakirə edilib. ABŞ-İraq strateji əməkdaşlığına vurğu edən Austin "ABŞ qüvvələri İraq hökumətinin dəvəti ilə İraqda qalmağa hazırdır" deyib. Austin İŞİD-i tamamilə bitirməyə fokuslandıqlarını ifadə edib. Austin Ərbildə İraq Kürd Regional Rəhbərliyinin sədri Neçirvan Bərzani ilə də görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə