“Türkiyə vətəndaşları öz prezidentləri ətrafında birləşməlidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“14 mayda Türkiyədə seçkilərin keçiriləcəyi açıqlanandan sonra seçki həyəcanı böyüyüb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, müxalif siyasi partiyalar birləşərək vahid namizədlə seçkiyə qatılacağını elan edib: “İndiki dönəmdə Türkiyədə hakimiyyət dəyişikliyi baş verməməlidir. Hazırkı prezidentə heç olmasa bir dəfə yenidən etimad göstərilməlidir ki, Türkiyəyə zəlzələnin vurduğu ziyanı aradan qaldırılması istiqamətində iş görə bilsin və evsiz qalmış vətəndaşlar evlərlə təmin olunsun”.
Deputat sözlərinə belə davam edib: “Dövlət artıq tikinti işlərinə başlamış və iki ay ərzində 500 minə yaxın mənzilin tikintisi planlaşdırılmışdır.
Hesab edirəm ki, indiki dönəmdə Türkiyə vətəndaşlarına öz prezdenti ətrafında daha çox sıx birləşməsi vacibdir. Siyasi hakimiyyətin dəyişikliyi ancaq başlanmış prosesləri ləngidə bilər. Hesab edirəm ki, türk qardaşlarımız seçimi doğru edərlər. Biz isə qardaş ölkə olaraq türk xalqının hər bir seçiminə hörmətlə yanaşacağıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB