“İrəli sürülən üç iddia Ermənistanın istədiyi kimi nəticələnmədi” - NAZİR
“Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən üç iddia Ermənistanın istədiyi kimi nəticələnmədi”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var:
"Həmin işə baxılması müddəti kifayət qədər uzun və mürəkkəb prosesdir. Müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə müəyyən iddia ilə çıxış edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülüb. Buna görə onlar Azərbaycana qarşı qərarların çıxarılmasını istəyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB