Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevral ayının 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərşivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci içlasında iştirak və çıxış edib.Növbəti iclasın əvvəllər keçirilən 8 iclasdan fərqi ondan ibarət oldu ki, yeni formatda əlavə olaraq “Yaşıl Enerji” Məşvərət şurasının 1-ci iclası ilə birlikdə keçirildi. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan Avropaya təbii qazla bərabər “Yaşıl Enerji” də ixrac etməyi planlaşdırır.Məlum olduğu kimi “Cənub qaz dəhlizi “ layihəsi ortaya çıxanda bir sıra ölkələr “NABUKKO” layihəsi kimi bu layihənin də kağız üzərində qalacağını əsas gətirərək, yeni layihənin həyata keçirilməsinə şübhə ilə yanaşırdılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində bu layihə iki ildən artıqdır ki, reallığa çevrilib. Beynəlxzalq maliyyə qurumları, Avropa İttifaqının bir sıra ölkələri ilə aparılan inandırıcı danışıqlar öz bəhrəsini vermiş, Azərbaycanadan Avropaya təbii qazın nəql edilməsinə başlanmış, yaxın perspektivdə isə qaz nəqlinin 2 dəfəyə yaxın artırılması nəzərdə tutulmuşdur.Son vaxtlar Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində həyata keçirilən layihələrdə önəmli məsələ kimi meydana çıxan istiqamətlərdən biri də “Yaşıl Enerji”sahəsində əməkdaşlıq olmuşdur.
Bu gün Azərbaycanda bərpa olunan enerji və hidrogen üçün əlverişli mənbələr mövcuddur.Avropa ölkələrində günəşli günlərin azlığı və külək turbinlərini hərəkətə gətirilməsini təmin etmək gücünə malik davamlı küləklərin az olması səbəbindən ”Yaşıl Enerji” istehsalının Avropada az rentabelli olması bu ölkələri “Yaşıl Enerji” layihəsində də Azərbaycanla əməkdaşlıq etməyə sövq edir.
“Yaşıl Enerji” Məşvərət şurası çərçivəsində nazirlərin iclasında çıxış edərkən cənab Prezident qeyd etmişdir ki, “Azərbaycan həmçinin çox böyük “YaşIl Enerji” potensialına malikdir. Bu artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavattır.”
Daha sonra cənab Prezident vurğulayıb ki, Avropanı həm təbii qaz, həm də “Yaşıl Enerj” ilə təmin etmək üçün işimizi komanda şəkilində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Nazirlərin Məşvərət Şurasının iclasında əldə edilən razılaşmalar onu sübut etdi ki, yeni layihə də uğur qazanacaqdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB