Şəhidin doğum günündə xatirəsi yad edildi FOTOLAR

Şəhidin doğum günündə xatirəsi yad edildi FOTOLAR

Fevral ayının 6-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir əvəzi Ziya Qurbanov, Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri Qalib Bağırov və partiya fəalları Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Mahmudov Cavid Hilal oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin valideyni göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə