Ağcabədidə Gənclər Günü münasibəti ilə tədbir keçirilib FOTOLAR

Fevral ayının 2-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər. Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri, həmçinin şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi qaziləri və idmançıların qatıldığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əvvəlində 02 fevral Gənclər Gününə həsr edilmiş video-film nümayiş etdirilmişdir.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman gündəmdə olmuş, hazırda da bu siyasət uğurla davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova tədbirdə çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıb, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək Azərbaycan gənclərini “2 fevral Gənclər Günü” münasibətilə təbrik etmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Ağcabədi Regional “ASAN xidmət “ mərkəzinin direktor müavini Şamxal Həsənov, həmin mərkəzin əməkdaşı Pərviz Səmədov, Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Məmmədov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisinin əməkdaşı Elnur Qasımov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Ağcabədi Pedaqoji kollecinin tələbəsi Türkanə Musayeva və başqaları gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıblar. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına, könüllüyə, gənc qazi və idmançıya Fəxri Fərmanlar, Diplom və Təşəkkürnamələr təqdim edilmişdir.

Tədbirin yekununda xatirə şəkli çəkilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə