Ümummilli lider Heydər Əliyevin gənclərə xitabən söylədiyi sözlər azərbaycan gəncinin gələcək fəaliyyətini səciyyələndirdi: Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Bir cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafını və yaşamı gənclikdən asılıdır. O baxımdan da hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda da gənclərin dövlətin gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdülür. Gənclər siyasəti Azərbaycan Prezidentinin əsas prioritetlərindən biri hesab edildiyindən bu sahədəki siyasəti həyata keçirmək məqasədi ilə Gənclər və İdman Nazirliyi yaradılıb, onların normal fəaliyyəti üçün qanunvericilik bazası və digər institutsional qurumlar formalaşdırılıb. 2003-cü ildən etibarən isə Azərbaycan gəncliyinin cəmiyyətinin aparıcı qüvvəyə çevrilməsi istiqamətində həyata keçirilən siyasət yeni mərhələyə qədəm qoydu. Prezidentin 30 avqust 2005-ci il sərəncamı ilə 2005-2009-cu illər üçün “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edildi.
Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Bu gün Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bu istər idman sahəsində, istər elm, istərsə də digər sahələrdə olsun özünü sübut edir. Beynəlxalq səviyyəli idman yarışlarında Azərbaycan gəncliyinin aktiv iştirakı nəticəsində ölkəmiz idman ölkəsi kimi tanınıb. Bu gün gənclərimiz təkcə idmada deyil, mədəniyyət, incəsənət, elm sahəsində də uğurlara imza atmaqdadırlar Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Prezident İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı,Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB