Ceyranbatan 3 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Ceyranbatan 3 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Daha sonra çıxış edən Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evinin müdirəsi Ağayeva Zeynəb və Məhərrəmova Tahirə çıxışlarında bildirdilər ki, ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası böyük siyasi qüvvəyə çevrilib. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ağayeva Zeynəb Mustafa qızı yekdilliklə ərazi partiya təşkilatının sədri, Teyubova Günel Qasım qızı isə sədr müavini seçilib.
Yığıncağın sonunda YAP sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB