Kürdəmir rayonunda 20 yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların nümayəndələri, Yeni Azərbaycan Partiyasının əməkdaşları və fəalları, eləcə də rayonda yerləşən “N” saylı hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 20 yanvar faciəsini özündə əks etdirən sərgiyə baxış keçiriblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konfrans Kürdəmir şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə davam etdirilib. İştirakçılar Konfrans zalında quraşdırılmış manitorda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyindəki bəyanatının videoçarxına baxıblar.
Konfransda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının müavini Ağali Kərimli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və digərləri mövzu ətrafında məruzələr ediblər. Çıxış edənlər vurğulayıblar ki, 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Şəhid ailələrinin sosial müdafiəsi də dövlətin diqqətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB