“Azərbaycanla münasibətlər tariximizin ən üst pilləsinə yüksəlib”
“Azərbaycanla münasibətlər və əməkdaşlığımız tariximizin ən üst pilləsinə yüksəlib”.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasının nəticələrinə dair açıqlamasında bildirib.
O, həmçinin, qeyd edib ki, Türkiyə regionda və dünyada sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.
Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi ölkə qismində üzv olması vacib diplomatik uğurdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB