"Prezident inşallah ki, öz ad gününü Qərbi Azərbaycanda da qeyd edəcək" -POLİTOLOQ ŞƏRH ETDİ
"Cənab Prezident birinci dəfə deyil ki, öz ad gününü Azərbaycan vətəndaşları ilə keçirməsin. Bildiyimiz kimi cənab Prezident bir neçə il bundan əvvəl də öz doğum gününü Ağcabədidə məcburi köçgünlərlə birlikdə qeyd etmişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu il də cənab Prezident ayın 24-ündə Qərbi Azərbaycanın ziyalıları ilə birlikdə ad gününü keçirdi. Bu yeni bir ənənənin başlanğıcın qoyur. Yəni öz ad günündə xalqı ilə birlikdə olur. Digər bir aspekdən baxsaq cənab Prezidentin öz ad gününündə xalqı ilə keçirməyi çox böyük bir siyasi mesajdır. Ölkə daxilindəki müəyyən destruktiv qüvvələrə və ölkə xaricində ki, Ermənistanı dəstəkləyən qüvvələr üçündə çox böyük bir mesajdır. Çünki Qərbi Azərbaycan Azərbaycanın daimi qanı axan bir yarasıdır. Burada zaman-zaman son 200 il ərzində Azərbaycanın 1miyon 200 min əhalisi Qərbi Azərbaycandan sürgün olunub. Ermənilərin bu müddətdə təxmini apardığımız hesablarla birlikdə bizə qarşı ən çox soyqrım törədən ölkədir. Onun 1 milyonu isə ancaq Qərbi Azərbaycanın üzərinə düşür. Çox acınacaqlı və acı bir statistikadır. Amma bu həqiqətdir və bunu danmaq mümkün deyil. Yəni bir növ cənab Prezidentin onlarla görüşdə ölkə daxilinə verdiyi mesaj budur ki, Azərbaycanda bu qədər çətin vəziyyətdə burada yaşamağa çalışıblar. Lakin onlar hər zaman öz vətələrinə qayıtmaq eşqi ilə yaşayıblar. Biz ümid edirk ki, zamanı gəldikdə bizim öz haqqımız olan Qərbi Azərbaycanıda yenidən geri qaytaracağıq və cənab Prezident necə ki, keçən il öz ad gününü Şuşada qeyd etdi, inşallah ki, Qərbi Azərbaycanda da qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB