Nərimanov rayonunda humanitar yardım aksiyası keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası keçirilib. Aksiya çərçivəsində rayon ərazisində yaşayan 60-dan çox şəhid, qazi və aztəminatlı ailələrə AVRORA Group MMC-nin istehsalı olan gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub. Aksiyanın keçirilməsində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Baku Steel Company, AVRORA MMC, GESCO ASC, MuğanBank ASC, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi və Təcili Yardım Avtobazası PHŞ dəstək göstərib.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib və bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Nəticədə Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini vurğulayan Samir Vəliyev qeyd edib ki, bu həmrəyliyə 44 günlük Vətən müharibəsi zamanı xalq-iqtidar birliyində də şahid olduq. S. Vəliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.
Bayram sovqatı ilə təmin olunan şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, humanitar yardım aksiyası 27-28 dekabr tarixlərində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB