Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada fevralın 24-dən başlayan müharibədə ümumilikdə 6884 mülki vətəndaşın həyatını itirdiyini və onlardan 429-nun uşaq olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının açıqladığı hesabatda 10 aydır davam edən Ukrayna-Rusiya müharibəsində mülki itki və itkilərin sayı paylaşılıb. Hesabatda müharibə zamanı həlak olanların 2719-u kişi, 1832-si qadın, 429-u uşaq, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilməyən böyüklər olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb. Ukraynadakı döyüşdə yaralananların sayı 10947 olaraq açıqlanıb.
Hesabatda həlak olanların və yaralananların əksəriyyətinin ağır silahlardan istifadə nəticəsində baş verən partlayışlar olduğu bildirilib. Hesabat aşağıdakı bəyanatlarla davam edib: “Qeyd edilmiş mülki itkilərin əksəriyyəti ağır artilleriya, çoxlüləli reaktiv yaylım atəşi sistemləri, raketlər və hava zərbələri də daxil olmaqla geniş ərazi təsirinə malik partlayıcı silahların istifadəsi nəticəsində baş verib. OHCHR hesab edir ki, faktiki rəqəmlər kifayət qədər yüksəkdir, çünki gərgin döyüş bölgələrindən məlumat almaq çətindir və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB