Öz əcdadları kimi burdan ora, ordan da bura köç etməyi asanlıqla bacaran Ruben Vardanyan Moskvadan Xankəndinə köç edəndən sonra özünün söz və olmayan üz ehtiyatlarından bacardıqca çox istifadə edir, hətta israf edir və unudur ki, bir zaman öz xalqı tərəfindən belə ittiham olunanda lazımı olacaq. Axı bir dondan başqa bir dona girmək, bir “sifətdən” başqa “sifətə” düşmək nə qədər olar və bu “sifətləri” ermənilərə tamamilə bəlli olandan sonra istifadə edəcəyi bir “sifəti” qalıbmı? Maraqlı sualdı, amma bu sualın cavabını özü versə yaxşı olar, çünki “sifət” deyiləndə onun nə başa düşdüyünü özü bilər.
Moskvanın verbofkası olan Rubeni bu günə qədər bir maliyyə fırıldaqçısı kimi tanıyanlar indi onun daha çox “sifətlərini” kəşf etməyə başlayıblar. Guya Qarabağdakı erməni əsillilərin “xilaskarı” kimi Xankəndiyə gələn Vardanyan özünü “dövlət naziri” elan edəndə artıq sifətinin pərdəsinin birinci qatı cırılmışdı. Bunun ardınca bir-birinə əks ifadələr, fikirlər səsləndirəndə qalan sifətləri də üzə çıxmağa başlayırdı və bu proses görünür hələ çox davam edəcək, çünki bu adamın neçə sifətdə olduğunu kimsə deyə bilməz. Ən azından “sifətini” sürətli şəkildə dəyişməsi təsdiq edir ki, özü belə ehtiyatda hələ çox olduğunu hamıdan yaxşı bilir.
Özü-özünü qondarma “dövlət naziri” elan edən Ruben Vardanyan bir gün belə mediada çıxış etməkdən özünü saxlaya bilmir. Hər dəfə də bir “sifət” ortaya qoyur, amma deyəsən nə yorulmur, usanmır, nə də “sifət” qurtarmır ki, qurtarmır. Maliyyə fırıldaqçısı siyasi səhnə üçün də çoxlu fırıldaq fikirləşibmiş lap əvvəldən. Elə buna görə də hazır ssenarilərlə gah nala vurur, gah da mıxa. Reallıqla qəti işi olmayan bu oliqarx bütün oyunlarının sonunda kədərli nəticələrlə, hüznlə qarşılaşmalı olursa da məkrindən əl çəkmir ki, çəkmir. Onsuz da Azərbaycanın yaratdığı reallıqlar qarşısında belə fırıldaqçıların oyunları fiaskoya məhkumdur və bunu nə qədər tez anlasa bir o qədər özü üçün yaxşı olar və bir zaman aradan çıxmaq, özünü qorumaq üçün “sifətlərini” az xərcləyər. Amma görünür itirdiklərinin, itirəcəklərinin və bundan sonra nə ilə qarşılaşacağının fərqində deyil. Yox, əgər fərqindədirsə və hələ davam da edirsə, deməli, “sifətlərinin” sayı, hesabı barədə həqiqətən də təəccüblənməyə dəyər.
Rusiyadan oğurladığı pullar hesabına özünə Qarabağ ərazisində münbit şərait qurmaq üçün köçüb Xankəndidə məskunlaşan fırıldaqçının könlündən çox şey keçirmiş. İştahası da yaman çox imiş. Bu maliyyə fırıldaqçısı Qarabağa gələn kimi, əvvəlcə özünü bu yerlərin ağası görməyə başladı. Eyni ilə ermənilər qondarma “Böyük Ermənistan” barədə xam xəyallara düşdüyü kimi, bu da vəziyyətə nəzarət etmək kimi bir xam xəyala qərq oldu. İndi də baxır ki, oyun oynamasa, artistlik etməsə xam xəyalları puça çevrilir, özü də eyni ilə həmvətənlərinin Qarabağ barədə arzuları puça çevrildiyi kimi. Maliyyə fırıldaqçısı başa düşməyə başlayıb ki, barəsində yaratdığı mif, elə qondarma “məğlubedilməz erməni əsgəri” mifi kimi darmadağın olmağa başlayıb və proses çox sürətli gedir. Belə davam eləsə tez bir zamanda prosesdən qabaq elə özü getməli olacaq, amma hara, özü də bilmir. Bir zaman ermənilərin məskunlaşdıqları ərazilərdə özünü ”ağa” görmək istəyən, hətta bu eyforiyaya qapılan Ruben indi də daxili auditoriya qarşısında “təvazökar” bir “sifət” alıb və guya bu adam mülki əhalinin qayğısına qalır. Halbuki, Moskvadan bu niyyətlə gəldiyi heç ağıla sığışan məsələ deyil. Bu zamana qədər cürbəcür hava çalan, gah hədə-qorxu, təhdid, gah da yalvarış dili ilə danışan bu adam indi də “təvazökar” bir görkəm alıb.
“Mən bilirəm ki, müxtəlif şayiələr yayırlar, inanmayın. Azərbaycanlılar deyir ki, sizin maşınlarınızı buraxacaqlar, axı onlar kimdir ki, bizi buraxsınlar, ya buraxmasınlar? Onların bu yolu kəsib qərar qəbul etməyə, qərar verməyə haqqı çatırmı? Ümumiyyətlə, qərarı kim verir? Hansısa insan haqları təşkilatının üzvü olduğunu iddia edən qadın qərar verirmi?”, deyən Vardanyan təkcə “ağa” kimi yox, deyəsən artıq bu dəfə də özünü qəhrəman kimi göstərməyə çalışıb, hansıki buna da onun növbəti “sifəti” demək olar. Ruben hansı potensial, hansı səlahiyyət sahibidir ki, belə bir şəkildə ifadə işlədir? Bəlkə yolun açılıb-bağlanması ixtiyarı onun əlindədir? Yoxsa, yolun açılması, ya da bağlanması barədə qərar verə biləcək bir şəxs hesab olunur? Bir maliyyə fırıldaqçısından başqa kimdir axı o? Əlbəttə ki, heç kim deyil, heç bir səlahiyyət sahibi də sayılmır və qərar verəcək, yaxud da, hansısa təsir imkanlarına malik biri ola bilməz. Elə isə dediklərinin Qarabağdakı erməni əsillilər üçün də heç bir mənası yoxdur.
Bir maliyyə fırıldaqçısının narahat bir “sifət” alaraq, "böhran təhlükəsi" haqqında kədərli şəkildə yardım diləndiyini də hamı xatırlayır. Bir neçə gün əvvəl onun görkəmi fərqli idi axı. Bəlkə yardım gəlməyəcəyini başa düşərək indi də Azərbaycanı şayiələr yaymaqda ittiham etmək niyyəti baş qaldırıb? Deyəsən Vardanyan harada, hansı dövlətin ərazisində olduğunu ya bilmir, ya da özünü bilməməzliyə vurur. Bu qədər bilməməzlik, düşüncəsizlik olmaz axı. O, bilməlidir ki, Azərbaycan torpağındadır və yalnız bu dövlətin, bu xalqın səbri tükənənə qədər həmin ərazilərin havasını uda bilər. Azərbaycanın hüquqlarından danışmaq istəyirsə, unutmasın ki, ölkəmizin hüquqları artıq sübut olunub. Bilməlidir ki, Azərbaycanın hüquqları ilk növbədə döyüş meydanında, 44 günlük müharibə zamanı sübut olundu. Digər tərəfdən də ölkəmizin hüquqları bir maliyyə fırıldaqçısı səviyyəsində deyil, beynəlxalq arenada sübut olundu və bu hüquqlar tanındı da. Vardanyan onu da bilməli, daha doğrusu nəzərə almalı, hətta unutmamalıdır ki, qisas anı olduğu zaman o çox ağır nəticələrlə qarşılaşmalı olacaq.
Bəlkə də Ruben Vardanyan özünü ya təhlükəsizlikdə hesab edir, ya da məskunlaşdığı Xankəndini “alınmaz qala” sayır. Amma bərk yanılır. Əvvəla, Xankəndi də Azərbaycan torpağıdır və bu şəhərdə özünü kosmosda hesab edə billməz. Digər tərəfdən, Xankəndi azərbaycanlılar üçün əlçatmaz deyil ki, o belə düşünülməmiş, axmaq sayıqlamalar edir. Xatırlatmaq yerinə düşərdi ki, Xankəndi bizim Şuşamızın da gözü önündədir. Yəni, bir addımlıqdadır və çox da xam xəyallara düşməsin. Ya da hansısa illüziyaların qurbanına, əsirinə çevrilməsi tövsiyyə edilmir. Ola bilsin ki, rus sülhməramlılarına, onların köməyinə arxalanır, amma bu məsələdə də yanılır, illüziyların əsirinə çevrilir. Amma sülhməramlıların onu müdafiə edəcəklərinı olmayan ağlından belə keçirməsin. Dərk etsin ki, leksikonundan “müstəqillik” və “öz müqəddəratını təyinetmə” kimi sözləri çıxarmasa vəziyyəti acınacaqlı olacaq. Heç kimin qəbul etmədiyi təəccüblü bir “sifət” almasına da heç lüzum yoxdur, bu “sifət” onu xilas edə bilməyəcək. Ruben Vardanyana məxsus fasiləsiz dəyişən “sifət” onu da, ətrafındakıları da yalnız uçuruma aparır. Azərbaycan hələlik səbr edir, amma səbr kəsası dolduğu zaman bu maliyyə fırıldaqçısı hədsizliyinin hesabını ödəməli olacaq və bu gün çox uzaqda deyil. Bunu Vardanyanlar yaxşı bilirlər, amma xatırlatmağa görnür ki, ehtiyac duyulurmuş. O baxımdan xatırladırıq ki, Azərbaycan tərəfi daxili auditoriyaya hesablanan bəyanatlar vermir, vədini əməli işində sübut edib və yenə də sübut etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB