Kiyevdə partlayış səsləri eşidilib

Kiyevdə partlayış səsləri eşidilib

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko səhər saatlarında şəhərdə partlayışların baş verdiyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, Kliçko öz Telegram hesabında səhər tezdən paytaxtın Şevçenkivski rayonunda partlayışlar olduğunu bildirib. Ölənlərin olub-olmaması barədə məlumat verilməyib.

Bundan əlavə, postda “Hava Hücumundan Müdafiə Qüvvələri Kiyev vilayətində və paytaxt üzərində ümumilikdə 10 “Şahed” pilotsuz uçan aparatını vurub”.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə