"Vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizdə 5-7 dəfə baha olur" - RAZİ NURULLAYEV

"Ölkəmizdə əhalinin sosial vəziyyəti yaxşıdır. Bu barədə hökumət tərəfindən müsbət addımlar atılır. Amma bahalaşma hələ də gündəmdədir. Bunlardan biri də dərmanların baha qiymətə olmasıdır. Niyə bir vətəndaş xaricdən bir qutudan artıq dərman gətirə bilməz?! Dərman da "İphone" deyil ki?!". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizdə 5-7 dəfə baha olur: "Məsələnin həlli üçün ya dərmanların qiyməti tənzimlənməli, ya da insanların xaricdən şəxsi istifadəsi üçün gətirdiyi dərmanların müsadirəsinin qarşısı alınmalıdır. Aidiyyatı qurumun əməkdaşlarını qınamıram. Onlar da vəzifə borcunu yerinə yetirirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə