Avropa İttifaqı Rusiya Mərkəzi Bankının müharibə səbəbindən dondurulmuş 300 milyard avro ehtiyatlarına və rus oliqarxlarının dondurulmuş 19 milyard avroluq aktivlərinə həbs qoymağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı video paylaşıb.
Von der Leyen, "Rusiyanın maddi cəhətdən vurduğu zərəri ödəmək məcburiyyətində olduğunu" ifadə edərək, Ukraynanın indiyədək məruz qaldığı itkinin 600 milyard avro olaraq qiymətləndirildiyini bildirib. "Rusiya və onun oliqarxları Ukraynaya vurduğu zərəri kompensasiya etməli və ölkənin yenidən qurulması xərclərini öz üzərinə götürməlidir", - von der Leyen bildirib.
“Sanksiyalar ləğv edildikdə, bu vəsait Ukrayna üçün istifadə edilməlidir” bunu Rusiyaya ödəmək üçün imkanlarının olduğunu vurğulayan fon der Leyen Rusiya Mərkəzi Bankının ehtiyatlarının 300 milyard avrosunu blokladıqlarını, rus oliqarxlarının isə 19 milyard avro pulu dondurduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB