"Düşünürəm ki, Rusiya tərəfi bu çağırışlara cavab verəcək" - POLİTOLOQ DANIŞDI
“Son dövrlər Rusiya sülhməramlı kontingentinin informasiya bülletenlərində Azərbaycan ərazisinin toponimləri təhrif olunur. Buna qarşılıq olaraq Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə “Martuni” və “Mardakert”in Ağdərə və Xocavənd adlandırlması, ölkəmizin ərazisində "Dağlıq Qarabağ" adında inzibati vahidin olmaması qeyd olunsa da buna etinasız yanaşılır. Bu da qəbul olunmaz haldır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən dəfələrlə bu barədə Azərbaycan dövləti məlumat versə də, yenidən bu səhvlərə qəsdən yol verilir: “Azərbaycan tərəfi çalışır ki, bu hallar aradan qaldırılsın. Düşünürəm ki, bu prosesin bir sonu olmalıdır, məntiqi nəticəsini görməliyik. Çünki üçtərəfli birgə bəyanatın dördüncü maddəsinin hələ də yerinə yetirilməməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ iqtisadi zonasında qalması digər təhdidləri formalaşdırır. Bu xüsusda ilk növbədə maddənin icrasına böyük ehtiyac vardır ki, regional sülhü, sabitliyi, təhlükəsizliyi və əmin-amanlığı təmin etmək mümkün olsun. Ümumilikdə Azərbaycan ərazisində olan toponimlərin məhz Azərbaycan yanaşmasında qeyd olunmasına böyük ehtiyac var. Bu çox önəmli bir məsələdir. Düşünürəm ki, Rusiya tərəfi də bu çağırışlara cavab verərək, Azərbaycanın ərazi bütövlüyünə və tarixi torpaq adlarına hörmətlə yanaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB