Ermənistan müharibə seçmək məcburiyyətindədir - RAKURS

Ermənistan müharibə seçmək məcburiyyətindədir - RAKURS

Yaxud yada düşən Hindistan-Ermənistan "qardaşlığı"

Kənardakı it daha çox hürər, bu, bir el məsəlidir. Hadisə yerində nələrin baş verdiyini bilməyən, sadəcə səslərin tonuna, avazına reaksiya verən it həm də qorxduğundan hürər. Bəzən düşünürsən, əcəba, biz Hindistana nə etmişik ki, bu ölkə bizə düşmən kəsilib, düşmənimizə əl tutur, düşmənimizin yanındadır, onu yemləyir, bəsləyir, arxasında durur, onu qızışdırır, Bizimlə müharibə aparmağa təhrik edir. Həmişə Hindistana rəğbətimiz olub, mədəni əlaqələrimiz daim yüksələn xətlər inkişaf edib. Sovet dönəmində başlanan əlaqələrimiz müstəqillik dövründə də pis olmayıb. Nə hinduslarla, nə də rəsmi Dehli ilə düşmənçilik həddinə çatacaq elə də bir fikir ayrılığımız olmayıb. Hələ Şurəvi dövründə çəkdikləri filmlərin pərəstikarları arasında Azərbaycan tamaşaçıları üstünlük təşkil edib, iqtisadi əlaqələrimiz də zəif olmayıb. Amma...

“Əmma”sı da budur ki, Hindistan açıq şəkildə Azərbaycanla düşmən olduğunu bəyan edib. 44 günlük müharibədə ermənilərin dərsini verdik, torpaqlarımızı işğal edənlərin izini-tozunu buralardan silib atdıq. Əslində torpağını sevən hər kəs, suverenliyini, ərazi bütövlüyünü qotuyan hər bir dövlət məhz belə addım atardı ki, biz atdıq. İndi Ermənistan və ermənilər çəkilib qınına, müharibə zamanı aldığı dəmir yumruq zərbəsindən sonra hələ də başını sürtür, bir sözlə öz hayındadır. Hindistan isə erməniləri yeni müharibəyə hazırlamaqdadır. Bunun da bir səbəbi olduğunu belə əsaslandırırlar ki, sən demə... Bəli, bunu biz əvvəldən də deyirdik, amma kimsə bizə qulaq asmırdı, yalan danışdığımızı düşünürdülər. Qafqazda yaşayan xalqların kimliyi barədə faktlar “N” qədərdir. Yerli qafqazlılardan soruşsan gözüyumulu hər bir xalq haqqında ətraflı məlumat verər, özəl xüsusiyyətləri barədə gen-bol danışar. Amma həmin xalqlar arasında ermənilərin olmadığı da dəqiqdir. Ermənilər həmişə özlərini bu etnoslar, xalqlar arasına soxuşdurmağa can atıblar. Birinin musiqisini, digərinin geyimizi, o birisinin mətbəxini oğurlamaqla guya qafqazlı olduqlarını sübuta yetirməyə çalışırlar.

“Su axar, çuxurunu tapar”, bu da el məsəlidir. Ermənistan və ermənilər də axıb özlərinin mənsubiyyəti barədə doğruları deməyə başlayıblar. Daha doğrusu buna məcbur qalıblar. Çünki qafqazlılardan heç bir kəs onların nə yalanına, nə də başqalarının torpaqlarına sahib çıxmaq istəklərinə dəstək verməyiblər. Yenə də ermənilərin dadına əcdadları gəlib, hindistan qaraçıları. Bəli biz bir az yuxarıda bunu deməyə çalışırdıq. Hindistanın Ermənistan və ermənilər barədə dediklərini siz də oxusanız məhz bu hissləri keçirərsiniz.

“Biz Ermənistanla əməkdaşlığı daha da dərinləşdirməliyik”. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Ermənistan Elmlər Akademiyasında Ermənistan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. Mesajda həmçinin qeyd olunur: “Ölkələr arasında münasibətlərin dərinləşməsi Hindistanın xarici işlər nazirinin 2021-ci ilin oktyabrında Ermənistana ilk səfəri ilə yadda qalıb. Ermənistan və Hindistan arasında əlaqələrin inkişafı və iki xalq arasında çoxəsrlik qarşılıqlı əlaqələrin dərinləşməsi üçün zəmin yaratmaq imkanı verir. Hindistanla qədim köklərə malik erməni mədəni irsini qorumalıyıq”.

Soruşa bilərsiniz, kök-əcdad, etnik birliyin Azərbaycanla əlaqələrə nə dəxli? Burada da maraqlı nüanslar axtarmağa dəyər. Məlum olur ki, “Pakistanla Bakının əməkdaşlığı fonunda Hindistan İrəvanı müttəfiq kimi görür”. Bunu Ermənistanın Hindistandakı ilk fövqəladə və səlahiyyətli səfiri Armen Bayburtyan deyib.
Onun sözlərinə görə, Hindistan Ermənistan üçün dost ölkədir və erməni icmasının Hindistanda 400 ildən artıq yaşadığını nəzərə alsaq, bu dostluq təkcə tarixi əlaqələr, etnik eyniliklə deyil, həm də qarşılıqlı, üst-üstə düşən siyasi, iqtisadi və strateji maraqlara əsaslanır. Bayburtyanın fikrincə, 1999-2000-ci illərdə iki ölkənin səfirliklərinin açılması, münasibətlərin bütün sahələrinə, o cümlədən siyasi, iqtisadi, hərbi, texniki və s. sahələrə yeni təkan verdi. O qeyd edib ki, bu gün ikitərəfli əlaqələr daha da yüksək səviyyəyə qalxıb: “Hərbi əməkdaşlıq haqqında çox danışılır. Bu, şübhəsiz ki, mühüm istiqamətdir və yaxın münasibətlərin inkişafının təzahürlərindən biridir ki, bu da bir neçə amillə bağlıdır. Birincisi, bunlar yaxın qarşılıqlı maraqlardır. Pakistan və Azərbaycan arasında, o cümlədən hərbi sahədə sıx qarşılıqlı fəaliyyət və əməkdaşlıq Hindistanın Ermənistanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir. Ancaq bu amillərdən yalnız biridir. Ən mühüm amil Hindistanın dünyanın beşinci iqtisadiyyatına çevrilməsi, 10 ildə dünya siyasətinin əsas aktorlarından birinə çevrilməsidir. Nəzərə alsaq ki, Hindistan Ermənistanı təbii müttəfiq hesab edir, bu o deməkdir ki, Nyu-Dehlinin dünyada nüfuzunun artması ilə paralel olaraq Ermənistanla da münasibətlər möhkəmlənir”.

Müdafiə naziri də müharibə dilində danışır

Müdafiə naziri Suren Papikyan nazirliyin, Silahlı Qüvvələrin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi ilə işgüzar görüş keçirib. İclasda Silahlı Qüvvələrin qış mövsümünə hazırlığı ilə bağlı tədbirlər, mühəndis-texniki təchizatla bağlı məsələlər müzakirə edilib. Nazirə əvvəlki görüşlərdə verilən tapşırıqların icrası barədə məlumat verilib. Papikyan mövcud problemlərlə bağlı tapşırıq və göstərişlərini verib. Bu hazırlıq, yoxlamalar Hindistanın Ermənistanla artan əməkdaşlığı fonunda baş verdiyini də unutmamalıyıq.

Putin Paşinyanı qətlə yetirə bilər

Bloqqer Aleksandr Nevzorov qeyd edib ki, Kreml dünya terrorizm mərkəzinin yüksək adını doğrultmalı və vaxtaşırı Belarus naziri kimi əlçatan obyektlərdə “istilənməlidir”. Məşhur və tez-tez təkrarlanan “demokratiya təhlükədə” ifadəsi indi həmişəkindən daha aktualdır. Demokratiyaya, bütün sivil dünyanı birləşdirən dəyərlərə doğru “cəsarətli və barışmaz yola başlayan” Ermənistan birbaşa təhlükə altındadır. Təhlükə həm ölkənin liderləri, ilk növbədə baş nazir Nikol Paşinyan üçün, həm də dövlət üçün mövcuddur.

Xatırladaq ki, elə bu günlərdə Rusiya Federasiyası Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fedorov çox hədələyici bəyanatla çıxış etmişdi: “Ermənistan geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Onun yaşaması Rusiyadan asılıdır. Məsələni necə həll etmək olar? Ermənistan qanunla SSRİ-dən çıxdı? Yox. Yəni bu, qeyri-qanuni ictimai qurumdur. Bununla bağlı hərəkətə keçməliyik”.
Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistana səfəri ilə bağlı İrəvanda keçirilən etiraz aksiyaları zamanı bütün dünya Avropa İttifaqının və Ukraynanın çoxlu sayda bayraqlarını gördü. Yəni Ermənistanın barrikadaların hansı tərəfində olduğu göstərildi. Təbii ki, Kreml dərhal Fedorova və digər ram tənqidçilərinə “vur” əmrini verdi.

Bəs sonra nə oldu? Və sonra hamı Nikol Paşinyanın “cəsarətli” demarşını gördü. O, açıq şəkildə Putindən yayınıb, sonra KTMT sammitinin yekun bəyannaməsini, eləcə də təşkilatın Ermənistana kollektiv yardım göstərilməsi bəyannaməsini imzalamamaqla Putin və Lukaşenkonun planlarına qarşı açıq şəkildə dirəniş göstərdi. Paşinyan bunu sənədin İrəvanın gözləntilərini doğrultmadığını bildirməklə əsaslandırdı.

Putin və Lukaşenkonun reaksiyasını hamımız gördük. Rusiya prezidentinin reaksiyasını xatırlamaq xüsusilə vacibdir. Lukaşenko İrəvanda Putinin ona tapşırdığı rolu məharətlə oynadı. Fiziki olaraq sağ qalmaq üçün oynadı. Bu qənaətin aşkarlığı Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeinin “qəfil ölməsindən” sonra göründü. Onun ölümünün əcəllə bağlı olması versiyasına heç kim inanmır. Lakin onun zəhərlənmənin qurbanı olması faktına asanlıqla inanılır. Axı Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar və o, Rusiyanın birbaşa və sərt təsiri altında olmayan bir neçə nəfərdən biri idi.

Britaniyanın “The Daily Mirror” nəşrinin məlumatına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib. Britaniyalılar vurğulayırlar ki, Makei “rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı idi. Vladimir Makeinin müəmmalı şəkildə ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etdikdən bir gün sonra baş verib. Bu da onu göstərir ki, Rusiyasının ölümcül qucağından hansısa yolla xilas olmaq cəhdləri o qədər də asan deyil.
Amma baş verənlərlə bağlı ən düzgün qiyməti telejurnalist və bloger Aleksandr Nevzorov verib: “Rusiyanın XİN başçısı Lavrov da inzibati varlıq mənasını itirib. Heç yerə buraxılmayan xarici işlər naziri kimə lazımdır? Bəs daha “xarici işlər” yoxdursa, Rusiyaya ümumiyyətlə, bu nazir niyə lazımdır?”.

Erməni mətbuatı bütün bu xəbərlərdən sonra belə qənaətə gəlib ki, Putin Nikol Paşinyanın fiziki cəhətdən məhv edilməsi planını hazırlayır. Kremlin bütün təbliğatçıları demək olar ki, açıq şəkildə buna çağırırlar. Deputat Fedorov kimi hər cür xırdalıqlar bütövlükdə Ermənistanı təhdid edir. Qərb necə, erməni dövlətçiliyini, erməni “demokratiyası”nı qorumağa borcludurmu?

“Azərbaycan və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftənin sonunda Azərbaycana səfərindən sonra fikirlərini bölüşüb. “1) Azərbaycan Prezidentinin Avropa İttifaqının dəstəklədiyi formata mühüm öhdəliyi. 2) Çoxlu problemlər qalmaqdadır; Gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır”, – Klaar özünün Twitter mikrobloqunda yazıb.

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşün baş tutmayacağını bildirib. Çünki Ermənistan tərəfinin görüşə Fransa prezidenti Emmanuel Makronun da qatılması şərti ilə razılaşdığını bildirib. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğu Praqada əvvəlki görüşün dördtərəfli formatda keçirildiyini xatırladaraq, görüşün formatı və tərkibinin yaradılmasını məntiqli adlandırıb. O, Azərbaycan tərəfinin Ermənistan tərəfinin görüşü və sülh prosesini pozmağa çalışması ilə bağlı bütün bəyanatlarının reallıqla heç bir əlaqəsi olmadığını vurğulayıb və Ermənistanın Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazır olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin Brüsseldə keçiriləcək danışıqlarda iştirakdan imtinası hipotetik olaraq Rusiya formatında danışıqların intensivləşməsinə səbəb ola bilər. Bunu “Ermənistan” blokunun üzvü Artur Xaçatryan deyib. Onun sözlərinə görə, bir tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin son sammitində demarşı fonunda hadisələrin bu cür inkişafı erməni tərəfi üçün problem yarada bilər. “Üzv ölkələrindən hansının bizə lazım olan ifadəni sənədə daxil etməkdən konkret olaraq imtina etməsi məni çox maraqlandırmır - qırğızlar, yoxsa qazaxlar. Ümumiyyətlə, qırğızların, belarusların, qazaxların, taciklərin, rusların maraqlarını düşünmürlər. Bizim hamımız üçün birinci prioritet bir şeydir: Paşinyan bu strukturun rəhbəri vəzifəsini tutaraq bizə lazım olan sənədin qəbulunu təmin edə bilmədi, missiyasını yerinə yetirə bilmədi”, - deyə deputat bildirib. Əlavə edib ki, Paşinyan bu strukturdan maksimum təmin etməyə borclu idi, lakin o, bunu bacarmadı. Digər tərəfdən, KTMT-dəki vəziyyət açıq şəkildə nümayiş etdirdi ki, Paşinyan zəif, səriştəsiz danışıqlar aparan şəxsdir. Bu kontekstdə rus formatının eksklüziv olaraq aktivləşdiriləcəyi və ya Brüssel formatının fəaliyyətini davam etdirəcəyi ilə bağlı böyük fərq olmayacaq. Danışıqlar masasının harada yerləşməsinin fərqi yoxdur: Moskvada, Brüsseldə, Vaşinqtonda, Parisdə və ya Antananarivuda kimin danışıqlar aparması vacibdir.

Bəli, bu, bir Ermənistan gerçəkliyidir, İrəvan bütün vasitələrdən, əlinə düşən bütün imkanlardan istifadə edir ki, sülh müqaviləsi imzalanmasın. Çünki, bu üsul, yanaşma Ermənistan üçün məqbul deyil. Beynəlxalq münasibətlər sistemində tanındığı gündən bu günümüzə qədər Ermənistan yalnız müharibə, təbii fəlakət, yoxsulluq, aclıq kimi bəhanələrlə dünya fondlarından para gəlməsini səbirsizliklə gözləyib. Sülh dövründə isə o pullar kimsəyə verilmir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə