Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq- Azərbaycan Prezidenti
"Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq".
SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlət başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB