Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasət yeridən müstəqil Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Dünya dövlətləri, eləcə də, yaxın qonşu ölkələri özünə strateji tərəfdaş və dost ölkə sayan Azərbaycan hərtərəfli əməkdaşlığa böyük maraq göstərərək, sülhsevər siyasətini ardıcıl olaraq davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasəti bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Təəssüflə olsa da deyək ki, son dövrdə cərəyan edən hadisələr ermənipərəst siyasət yürüdən İranın iç üzünü ortaya qoymuş oldu. 44 günlük Vətən müharibəsindəki əldə olunan şanlı Qələbə və regionda yaranan reallıqlar fonunda ölkəmizin inkişafı bir sıra dövlətlər kimi İran da həzm edə bilmədi. Real münasibətlər fonuna İranın münasibəti qəbuledilməzdir. Azərbaycan İrana daim dost və qardaş münasibəti bəsləyib və Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandırması bu münasibətlərin dostluğu kökləndiyinin göstəricisi idi. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə ardıcıl olaraq siyasət yürüdən Azərbaycan dövləti islam ölkələrinin birliyinə böyük töhfələr verib. İslam dövlətlərinin bir araya gəlməsində əhəmiyyətli rola malik olan Azərbaycan təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Belə bir sülhməralı niyyəti ilə diqqətdə olan Azərbaycana İran tərəfindən belə yanaşma əlbəttə ki, həmin dövlətin "qardaşlığ"ının yalnız dildə olduğunun təzahürüdür. İslami dəyərlərə guya hörmətlə yanaşan İran görəsən, niyə 30 ilə yaxın işğal dövründə ermənilərin işğalı altında olan torpaqlarımızda törətdiyi vandallığa göz yumur? Qarabağ və Şərqi Zəngəzurda bütün məscidlərimiz dağıdılıb, təhqir edilibdir. Hətta bəzilərin içində donuz saxlanılıb. İran buna heç bir əhəmiyyət verməyib. Budurmu, İranın İslam həmrəyliyinə münasibəti?!Vurğulamaq yerinə düşər ki, Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Tarix boyu iqtisadi, ticari, elmi, mədəni əlaqələr Azərbaycan və İran xalqlarını birləşdirib. İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənib. Bu gün İslam həmrəyliyinə zidd olan siyasət yürədən İran dövləti açıq şəkildə Ermənistanı dəstəkləyərək, Azərbaycan dövlətinə qarşı məkrli siyasətini ortaya qoyub. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. İranın Azərbaycanda qurmağa çalışdığı casus şəbəkələri ifşa olunub.İranın Ermənistana açıq dəstək ifadə etməsi, rəsmi səfərləri bu dövlətin anti-Azərbaycan siyasət yürütdüyünü açıq-aydın göstərir. Zəfər qazanaraq, regionda yeni reallıqlar yaratmış Azərbaycanın Ermənistanla sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına ciddi cəhdlə təsir edir. Ölkəmizə dost, mehriban qonşu kimi özünün təqdim edən İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. İran rəhbərliyi anlayır ki, sərhədlərimizdə təlimlər keçirərək, müxtəlif gərəksiz siyasi açıqlamalar səsləndirməklə Azərbaycan dövlətinin iradəsinə təsir edə bilməz. İqtisadi gücə, güclü orduya, dünya birliyində böyük nüfuza sahib olan Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir olan bir dövlət kimi öz iradəsini ortaya qoyub. Müxtəlif informasiya vasitələri ilə Azərbaycana qarşı "ideoloji mübarizə" aparan İran qonşuluğa "sadiqliyini" göstərir və bütün dünya bunu görür. "Molla rejiminin" Azərbaycana qarşı sərgilədiyi bu münasibət beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmır. Azərbaycanın ünvanına müxtəlif ittihamlar səsləndirməsi qonşuluq münasibətləri ilə yanaşı, islami dəyərlərə də zərər vurmuş olur.Heç şübhəsiz ki, dünyada çəkisi olan Azərbaycanla hədə-qoxu, diktə ilə danışmaq mümkün deyil. Əminliklə qeyd edək ki, güclü və qüdrətli Azərbaycan gərginliyin aradan qaldırılması üçün sülsevər siyasətinin ortaya qoyaraq, lazımi addımlar atacaqdır.Cənub qonşumuz İran nəhayət, başa düşməlidir ki, Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir.
İlkin ABBASOV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB