30 illik şərəfli tarixi yol əbədi olacaq

30 illik şərəfli tarixi yol əbədi olacaq

23 noyabr 2022-ci il tarixdə Yuxarı Daşkəsən qəsəbə və Mədənçilər ərazi partiya təşkilatlarında yığıncaq keçirildi. Yığıncaqlarda partiyamızın keçdiyi çətin və şərəfli yoldan, 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbədən, Ölkə prezidenti, Ali Baş Komandan,Yeni Azərbaycan Pariyasının sədri cənab İlham Əliyevin partiyamızın yaranmasının 30 illiyi münasibətilə Bakı şəhərində keçirilən tədbirdə söylədiyi nitqdən irəli gələn və gələcək fəaliyyətimiz üçün qarşıya qoyulan məsələlərlə bağlı müzakirələr aparıldı. Ondan çox müxalifətdə olan siyasi partiyanın bu gün Ölkə Prezidentinin və Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi, partiyamızın düzgün və məqsədəuyğun siyasət aparmasının məntiqi nəticəsi kimi qəbul olunur. Bu fikirləri yığıncaqda iştirak edən YAP rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov,Yuxarı Daşkəsən qəsəbə və Mədənçilər ərazi partiya təşkilatlarının sədrləri Nizami İmanov, Elçin Ələsgərli və başqaları əminliklə söylədilər. Eyni zamanda, keçirilən yığıncaqlarda qərar qəbul olundu ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunmasını nəzərə alaraq müntəzəm şəkildə tədbirlərin keçirilməsi davam etdirilsin. Yığıncaqların yekununda bir qrup YAP üzvünə vəsiqələr təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə