Bu proseslər kollektiv Qərbin qələbəsi ilə bitəcək - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiyanın Ukraynanın şəhərlərini, xüsusilə də Polşa istiqamətində yerləşən şəhərlərini raket atəşinə tutması və bunun müqabilində Ukrayna havadan müdafiə sistemlərinin işə düşməsi atılan raketlərin Polşa ərazisinə düşməsi ilə nəticələndi. Bunun nəticəsində də Polşanın iki mülki vətəndaşı həlak olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, bu prosesin davam etməsi NATO sərhədlərinin posulması deməkdir: “Rusiya isə raket atılmasını inkar edir və ABŞ da bu barədə dəqiq məlumatlarının olmadığını vurğulayıb. Amma Polşada da həyəcan siqnalı verilib, hərbi hissələr döyüş hazırlığına keçib. Qeyd edim ki, Rusiya əgər Polşaya növbəti mərhələdə də belə analoji raket atışlarını həyata keçirərsə, təbii ki, NATO-nun ikinci maddəsi işə düşə bilər. Bu da Rusiya-NATO qarşıdurması deməkdir. Göründüyü kimi hər iki tərəf təkzib edir.
Əgər Rusiya tərəfdən raket atılıbsa təbii ki, onlar bunu inkar edəcəklər. Amma düşünürəm ki, bu bilərəkdən edilməyib. Hazırda Rusiya NATO ilə hərbi qarşıdurmaya getməz, xüsusilə də Polşaya hücum edərsə, Polşa avtomatik olaraq hücum edə bilər. Bu da Belarusun işğal edilməsi ilə nəticələnər və oradakı rejim dəyişər. Buna görə də tərəflər maksimum şəkildə Polşada qarşıdurmadan yayınacaqlar, proseslər Ukrayna cəbhəsində davam edəcək. Hazırda ABŞ-la Rusiya arasında kəşfiyyat mütəxəssisləri arasında danışıqlar gedir. Amma düşünürəm ki, Rusiya Ukraynaya məğlub olacaq və bu proseslər kollektiv Qərbin qələbəsi ilə bitəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB