Firdovsi ƏLƏMOĞLU

Ümidsiz olma

Yoxdur qələbəyə ümidim demə,
Alınır torpaqlar anbaan, hər gün.
Daha sən dərd çəkmə, daha qəm yemə,
Qələbə yaxındır hamınız bilin.

Ali baş kamandan sadə bir insan,
Hər gün qələbədən xəbər verir O.
Alındı Ağdərə, Hadrut, Fizuli
Kəsildi kökündən düşmənin dili.

Gündə müjdələyir O, insanları,
Gedirik irəli, Şuşaya sarı.
Deyir vətənimin mərd oğlanları.
Şuşa qalasına sancar sabah da.
Əbədi enməyən al bayraqları!

Hardasan eloğlum, basılır düşmən,
Didərgin olma sən doğma vətəndən,
Çağırır qoynuna Anan Qarabağ,
Yenə süd verəcək sənə döşündən.

Çəkərik əbədi sərhədlərmizi
Bİr daha düşmənə torpaq vermərik.
Göstərib dünyaya öz hünərmizi,
Yenə də düşmənə qalib gələrik!

Siyəzən şəhəri

18.10.2020

Mənə qaçqın demə...

Mənə qaçqın demə daha qardaşım,
Mən qaçqın deyiləm öz vətənim var.
Axır gözlərimdən sevinc göz yaşım,
İndi qapımızdan bir ötənim var.

İllər keçdi... Ayrılığa nə deyim,
Yandırdı həsrətin odu qəlbimi.
Oxuyur nəğməsin xarı bülbülüm,
Yalnız odu duyan mənim dərdimi.

Alınır torpaqlar hey qarış-qarış,
Hər qarış torpağın öz ətiri var.
Torpaqları alan əsgərə alqış,
Başları üstündə Allah çətri var.

Ali baş kamandan igid, qəhraman,
Onun zəhimindən çəkinir düşmən.
Onu yetiribdir bizimçin zaman
Nəqədər yaşayır basılmaz vətən!

O bizə arxadır, biz ona kömək,
Birlıikdə alırıq biz torpaqları.
Az qalır... Elə bir zaman gələcək,
Qarabağda yanar Novruz tonqalı.

Firdovsi, vəsf eylə bu şad günləri,
Çatlasın ürəyi yağı düşmənin.
Qovaq torpaqlardan erməniləri,
Çəkək ürəyinə dağı düşmənin!

Siyəzən şəhəri

18.10.2020

Hər doğulan kişi Ərdoğan olmaz

HərdoğulankişiƏrdoğanolmaz,
OnunhərangözüQarabağdadır.
Ərdoğananalarümidsizqalmaz,
Böyükqələbələrbilqabaqdadır.

Türkdürmillətiminkökü, soy adı,
Millətləriçindəseçilirik biz.
Yığsanmillətimiyarımdünyadı,
Allahınevidirbizimqibləmiz

Nəzərsaltarixəyolundanazma,
Türkəqalibgəlməkasandeyildir.
Özücəzaverər Allah zalıma,
Bunu da müqəddəs Quran deyibdir.

SəbirdirAllahınənböyükadı,
Səbirləçoxlarıarzuyaçatıb.
İlhamdırxalqımınbugünimdadı,
Onun da ümidigöydəAllahdır.

Siyəzən şəhəri

19.10.2020

Bütün xəbərlər Facebook səhifəmizdə