Arsax da, Arçax da türk-alban sözləridür. (Mülahizələrim)

Əvvəlcə məni bu yazını yazmağa istiqamətləndirən, mərhum böyük alim, tədqiqatçı Mirəli Seyidovun xatirəsi qarşısında baş əyir və Allahdan ona rəhmət diləyirəm.

Onunla etdiyim iki üç söhbət və qiymətli ”Azərbaycan milli təfəkkürün qaynaqları” kitabını yenidən oxumağım məni bu qənatə gətirdi.

Arsax yoxsa Arçax? - Bəlkə Ərsak?

Sözün araşdırmasından əvvəl tarixə fəhmlə (əcnəbilərin yazdıqlarından əlavə fəhmimizə də arxalanıb) bir nəzər salaq.

Əlbəttə, bu məsələdə əsas söz sahibi tarixçilərdir lakin, təəssüfflə qeyd etməliyəm ki, tarixçilərimiz bu məsələ haqda susur bəlkə yadlarına da düşmür. Onu da bilirəm ki, Azərbaycanın Viktor Hüqosu saydığım İsa Hüseyinovun fikrincə desək “ustanovka” ilə tarix yazanlar bəlkə mənim bu fikrimə ağız büzüb kinayə edəcəklər, nə isə...

Beləliklə, Arsax - Arçax - Ər sak ! Sözün əsasını təşkil edən-Sak! Kim idi bu saklar? At belində qılınc çalaraq, dünyanın az qala yarısını gəzib dolaşan, tarix yaradan, ancaq bu tarixi yazmayan bizim ulu babalarımızdan olan bu insanların, bizim ana yurdumuzda izləri haradadır?!

Yenədə səhv –düz yazılmış kitablarla deyil, fəhmlə izlərinə düşək.

Bəllidir ki, tarixdə bu torpaqlarda dərinlikdə atlarının, özlərinin izi qalan Saklar Şumerə, Qafqaz dağlarını aşaraq yurdumuz Azərbaycandan getmişlər. Axtarışda bu haqda dəqiq məlumatlar vardır. Fikirimizi təsdiq etmək üçün gəlin bəzi mənbələrə müraciət edək.

Yer adlarımız Zakatala – Sak tala, Şəki-Səki –Saki Ərsakların yurdu , Arçaxa çevrilmiş” “Ər sak “ bunu demirmi?

Biz tariximizi əsasən özümüz tədqiq edib yazmamışıq . Əcnəbi alimlərin verdiyi məlumatlar əsasında tərtib etmişik! Bəs ağıl və fəhm, məntiqlə təhlil?

Bunu da bilirik ki, bizim yurd yerlərimizin adları, bilmədən və bilərəkdən, məqsədli olaraq dəyişdirilib.

Zakatalanın Zəki talası, Şəkinin Səki adları ilə adlandığını söyləyənlər var. Elə bu Sak yolunun üzərində olan indiki Xanabad kəndinin adı kimi. Qədim Hun yurdu hunavad Şəki Xanlığı dövründən Xanabad adlandırılıb və sairə.

Saxta tarix yazanların əksinə təkrar- təkrar demək lazımdır ki, bizim əcdadlarımız bu torpaqlarda V-VII əsrəldən deyil, daha qədimdən məskunlaşmış və oboragen halında olmuşlar.

Hamının bildiyi bir dəlil: Gürcülərin IX-X əsrlərdə yazıya alınmış”Kartlinin çağrışı “ səlnaməsində geniş təsvirdə göstərilir ki, Makedoniyalı İsgəndərin Kolxida üzərinə hücumu zamanı gürcü hakimləri Lotonun oğulları dağlara qaçanda , onun qarşısına “qəzəbli huntürklər”çıxdı. Bu yeni eradan IV əsr əvvəllərdir! Qeyd olunur ki, o vaxtlar Kür çayı sahilində onların üç abad yaşayış məskəni- şəhəri var idi. Yəqin ki bunlardan biri sonralar Alban- Türk deyil, sadəcə Alban şəhəri adlandırılan Samux idi.

Erməni tarixçisi Anani Siraqasinin “Coğrafiya” əsərində göstərilir ki, hunlar bu ərazilərə IV əsrdə gəlmişlər ?(!) Onlar (hunlar) Zaqafqasiyada çoxdan yaşayan (çoxdan!) öz qohum qəbilələrinə saqlara (yəni saklara), arsaklara (fikir verin çoxdan yaşayan arsaqlara) qaynayıb, qarışdılar.

Dialektiyaya əsasən, çox olan, güclü olan , azı, güclsüsü (hunlar isə az və gücsüz deyildilər ha !) öz içində əridir və özünə birləşdirir.

Bu isbat edir ki, hələ o zamanlar Saklar (Saqlar) bu ərazilərdə hansı sözün- hökmün sahibi imişlər. Beşinci əsrin Erməni tarixçisi M.Xorenisinin “Erməni Tarixi “ əsərində Türklərin ( Huntürklərinin) indiki Ermənstan ərazisində II əsrdən əvvəl böyük mədəniyyət yaratdıqları göstərilir . “ Varsagı” kimi oyun havası və sairə onların adı ilə bağlıdır.

Sak yolunu nəzərə alsaq, o əraziyə yol da Qarabagdan –Ər Sakdan keçir.

Türk mədəniyyətinin tədqiqatçısı Murad Adjinin , Moskvada nəşr edilmiş Türklər və Avropa mədəniyyəti kitabında gostərir ki, hələ 336-cı ildə, Naxçıvan ərazisində qıpçaq türklərinin for- postu var idi. Onlar buradan Şərqi Roma İmeriyası üzərinə yürüşlər edirdilər. Axı bu qıpçaq- türklər hava ilə Naxçıvana uçmamışdılar ki! Yəqin ki, bunların yolu üzərində , onlara doğma yerlər və o yerlərdə yaşayan qohum- eyniköklü xalq – tayfa var idi. Həm də nəzərə alsaq ki, Naxçıvana ən qısa yol Dağlıq Qarabağdan, Ər Sak əyalətindən keçir onda fəhmimizin bizi düz istiqamətləndirdiyinin şahidi olarıq.

Erməni tarixçisi Orbelidə göstərir ki, Arsax Alban əyaləti idi (niyə türk- alban yox?) ”Oraya sonralar erməni feodalları doluşaraq zəbt etdilər”. Nəzərə almaq lazımdır ki, Avropa alimlərinin bəziləri Balkan Albanlarından yazarkən onları Alban Türkləri adlandırırlar . Bəs bu ad Qaqaz Albaniyasından danışarkən, niyə dəyişdirilir?!..

Bir də, albanların türklərlə qohum tayfalar olduğu da unudulmamalıdır.

Arsaxa da doluşan ermənilər, tarixi abidələrimizi – Qanzasar kimi monastrı da qamarlayıb, mənimsəyiblər. Az- çox həqiqətə tapınan erməni tarixçilər özləri yazırlar ki, Türklər Dağlıq Qarabağ ərazisində eradan əvvəl eranın ilk illərindən yaşayırlar. Bəs ermənilər bu yerlərə nə vaxt gəlib? Bax bu məqamda susurlar...

Yenə də erməni tarixçisi Movses Xorenesi bu ərazilərdə eradan əvvəl 138- ci ildən bulqar - türk tayfalarının yaşadıqını söyləyir. Onun həmmilləti Buzandın tədqiqatına görə, orada yaşayanların dili (söhbət Arsax ərazisindən gedir) türk dilinə yaxındır.

Bir məsələyə də diqqət yetirilsə, tarixi qaynaqlarda Alban Şahı Cavanşirində ulu babalarınında eradan öncə VI yüzillikdə Azərbaycanda yaşamış Saqlardan – Arsaqlardan olduğu üzə çıxar. Göründüyü kimi Arran ərazisi ilə Dağlıq Qarabağ əarasında məsafə cox da uzaq deyildir.

Maraqlı bir məqam Hun Xaqanı Ağbuğanın Cavanşiri öldürənlərdən intiqam almaq üçün Arrana yürüş etməsidir. Bu qohumluq əlaqəsini unutdurmaq istəyənlər deir ki, Ağbuğa Cavanşirin intiqamını almağa deyil Arrana girmək üçün yürüş etmişdir.(!).

İndi gələk “ Arsaxın” “ Arçaxa” çevrilməsinə. Bu məsələ mülahizəmizi təsdiq edən bir faktdır və erməni dilinə heç bir uyğunluğu yoxdur.

Məlumdur ki,”S” ilə deyilən sözlər IV-V əsrlərə qədər Azərbaycan ərazisində yaşayan türkdilli tayfalar tərəfindən “Ç” kimi tələffüz edilirdi.

Bu müasir dövrimizə qədər öz izini saxlamışdır. Məsələn Naxçıvan və Culfa ərazisində indi də “S” ilə deyilən sözlər “Ç” ilə tələffüs edilir.

Belə görünür ki, xalqların hələ birinci Böyük köçü zamanı Dağlıq Qarabağ ərazisindən keçərək Şumerə gedən Sakların – Ər Sakların bir qismi bu yerlərdə qalıb məskunlaşmış və bu ərazi onların vətəni kimi Ər-Sak adlandırılmış sonralar ermənilər Ər Sakı dəyişdirərək Arsax ediblər. Bir də onların dilində “Ə”səsi axı yoxdur. ”Ə”-ni “A”-ya çevirməklə məqsədlərinə çatmağa çalışıblar. Biz sözlərimizi unudub atdıqca, onlar hayasızcasına yığıb məngirləmişlər.

Kilikiya ərazisində qura bilmədikləri vətəni burada yaratmışlar. Bizim tarixçilərimiz dilçilərimiz isə əcnəbi alimlər yazmayıb deyərək, susurlar. Sonda da üzdən iraq Rusiyanın şərqşünas alimi Satanovskiyə də bir sözümüz var.

O, və bir neçə araqarışdıran iddia edir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmamışdır və Şuşa ermənilərindir. Görünür ki,onlar ya tarixi bilmir, ya da bizə ağ qatıqa “qara” demeyə çalışırlar. Bu riyakarlar əl uzatsan çatacaq, Rusiya ilə diplamatik ilişkiləri olan, Qarabağ Xanlığını Pənahəli Xanının böyük zəhmət və ağılı bahasına Şuşa qalasını tikdiyini də görmək, söyləmək istəmirlər.

Heç olmasa Sovet İmperiyası zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu da görmürlər. Deməli, məqsəd aydındır.

Bu konflikti böyütmək, xristian təəssübkeşliyi göstərərək erməniləri ayaqlarına bağlamaq! Və bununla da müharibə yoluna yönəltmək!

P.S. Düşünürlər ki, nə üçün əsas dəlilllər erməni tarixçilərindən götürülmüşdür ?!.

Cavab: Yenə də mərhum alim Mirəli Seyidovun dediyi kimidir. O deyirdi ki, ”bunlara öz dediklərini, yazdıqlarını da sübut etmək çətindir”.

Nəticə: ”Arsax”da, “Arçax”da qədim türk-alban sözüdür, Ərsakların şəninə bu ərazi belə adlandırılıb. Hər ikisi türk-alban dilindədir. Ermənilər Dağlıq Qarabağı son vaxtlar “Arçax” adlandırıb, özlərini gülünc vəziyyətə salaraq, yer adımızı yenidən özümüzə qaytarırlar. Belə yerdə atalarımızın bir məsəli yadıma düşür: “Çox bilən quş öz dimdiyindən tora düşür”. Özlərini ağıllı hesab eləyən ermənilər də bu yolla özləri də bilmədən əsl həqiqəti ortaya çıxarıb, Dağlıq Qarabağın həqiqətən də tarixlər boyu azərbaycanlıların olduğunu deyiblər və yazıblar.

Zülfüqar ABBASOV,

Xalq artisti, rejissor- dramaturq

Mingəçevir şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə