İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndələri jurnalistlərlə görüşüblər - FOTOLAR
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq şöbələrinin məsul şəxslərinin iştirakı ilə “Səbail-14” MMMC-nin idarəçiliyində olan “Jurnalistlər binası”nın sakinləri ilə görüş keçirilib. Görüşdə “Səbail-15” MMMC-nin İdarə Heyətinin üzvləri də iştirak ediblər.
SİA xəbər verir ki, görüş zamanı Səbail rayonu ərazisində yerləşən bina sakinlərinin Su Təchizatı Xidmətinə ünvanladıqları müraciətin məzmunu müzakirə olunub, onların su təchizatı ilə bağlı irəli sürdükləri məsələlərə ümumi şəkildə aydınlıq gətirilib. Əraziyə baxış keçirilib və real vəziyyətin qiymətləndirilməsi üçün arayış hazırlanması qərara alınıb.
İlkin mərhələdə vəziyyətin təhlili aparılacaq, daha sonra isə hər iki binanın su təchizatı sistemlərinin idarə olunması imkanları texniki və hüquqi aspektlərdən araşdırılacaq. Növbəti mərhələdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə