Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücum həyata keçirir. SİA xəbər verir ki, Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb. Hücumdan sonra Salomenski rayonunda yaşayış binaları yanır. Ukrayna Hərbi Hava Qüvvələri dronları zərərsizləşdirməyə çalışır. Tələfat və xəsarət alanlar barədə məlumat verilməyib. Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə