Rusiya Ukraynadakı məqsədlərindən geri çəkilməyəcək...

Bunu Putin Trampa deyib..?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbət başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Prezidentlərin toxunduğu mövzulardan biri də Ukraynadakı hərbi əməliyyatlar olub.

Uşakovun aydınlaşdırdığı kimi, söhbət zamanı Tramp hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib.
Putin buna cavab olaraq bildirib ki, Rusiya tərəfi münaqişənin siyasi, danışıqlar yolu ilə həllini axtarmaqda davam edir. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, “Rusiya öz məqsədlərinə çatacaq” və bu məqsədlərdən “geri dönməyəcək”.

Putinlə Tramp arasında söhbət bir saata yaxın davam edib. Bu, Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra prezidentlər arasında altıncı söhbətdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə