Türkiyənin onlarla əyalətində yayılan dabaq xəstəliyindən sonra bütün mal-qara bazarlarını dayandırıb.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə Kənd Təsərrüfatı Nazirliyi yanında Qida Məhsullarına Nəzarət Baş İdarəsi məlumat yayıb.
Dabaq xəstəliyi nədir?
Dabaq xəstəliyi əsasən inək, donuz və qoyun kimi ev heyvanlarını təsir edən viral xəstəlikdir. Xəstəlik ağız boşluğunun və dərinin selikli qişasında xoraların əmələ gəlməsi, həmçinin qızdırma ilə müşayiət olunur.
İnsanlara çox nadir hallarda ötürülür, lakin nəzəri cəhətdən xam və ya az bişmiş heyvan məhsullarının istehlakı və ya yoluxmuş heyvanlarla birbaşa təmas zamanı mümkündür. İnsanlarda infeksiyanın simptomlarına atəş, boğaz ağrısı, dəridə, selikli qişalarda və cinsiyyət orqanlarında səpgi və xoralar daxildir.
Kim risk altındadır?
Ən həssas olanlar isə Türkiyənin əkinçilik sahələrinə və kənd yerlərinə gələn turistlər, eləcə də çiy yeməklərə üstünlük verən yerli mətbəxi sevənlərdir.
Özünüzü necə qorumalısınız?
Küçə bazarlarından və ya kustar məhsullardan süd məhsulları, pendirlər və ətlər almaqdan çəkinin.
Pasterizə olunmamış süd və pendir istehlakından çəkinin. Fermalara və zooparklara baş çəkərkən diqqətli olun.
Açıq bazarlarda alış-veriş etdikdən və heyvanlarla təmasdan sonra əllərinizi mütləq yuyun.
Türkiyə səlahiyyətliləri xəstəliyin yayılmasını minimuma endirmək üçün ən çox riskli ərazilərdə sanitar məhdudiyyətlər və yerli karantinlər elan edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə