Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən stasionar rentgen qurğusunda baxış keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547,7 karat brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə