Baydenin ən böyük qorxusu ortaya çıxdı...

ABŞ-ın keçmiş prezidenti Cozef Bayden qorxurdu ki, ictimai təzyiq və respublikaçıların hücumları onun oğlu Hunter Baydeni yenidən narkotik və alkoqoldan sui-istifadə etməyə vadar edə bilər.

SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal yazır.

Jurnalistlər qeyd ediblər ki, Hunter Bayden ABŞ-ın fəaliyyətdə olan prezidentinin cinayət məsuliyyətinə cəlb edilən ilk övladıdır.

O, Kaliforniya ştatında iki "qəsdən vergidən yayınma", qanunsuz silah saxlama və bir sıra digər qanun pozuntularında ittiham olunur.

...Cozef Bayden üçün oğlunun məhkəməsi sarsıdıcı zərbə oldu. O, əmin idi ki, respublikaçıların məqsədi Hunteri psixoloji cəhətdən qırmaq, onu narkotik və alkoqolizmə qayıtmağa məcbur etməkdir, - məqalə müəllifi izah edib.

Bundan əvvəl Tesla və SpaceX şirkətlərinin sahibi, texnoloji maqnat İlon Mask FTB-nin Hunter Baydenlə bağlı araşdırmaya yanaşmasını ələ salmışdı.

İş adamı yazısını agentlik agentinin Bayden Jr-ın hərəkətlərində qınayan heç nəyi "görmədiyi" bir mem ilə müşayiət etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə