Rusiyaya qarşı 18 saylı sanksiyalar paketinin təfərrüatları açıqlanıb...

Danimarkanın sədrliyi dövründə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul ediləcək.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

...Danimarkanın sədrliyinin ilk nəticələrindən biri 18-ci sanksiyalar paketi olacaq, - o deyib.

İyulun 1-də Danimarkanın Aİ Şurasına sədrliyi Polşadan təhvil aldığı dəqiqləşib.

Krallıq 2025-ci ilin sonuna qədər prezidentlik edəcək. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəyişdirilmiş formada qəbul edə biləcəyi ilə bağlı fikirlərini bildirmişdi.

O qeyd edib ki, Aİ Macarıstan və Slovakiyanın tələblərini həll etdikdən sonra bu addımı ata bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə