Oyunqabağı mətbuat konfransı tərcüməçinin işindən azad olunması ilə nəticələnib

AVRO-2020-nin seçmə mərhələsinin Uels – Xorvatiya oyunu ərəfəsində keçirilən mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

SİA xəbər verir ki, Azərbaycan yığması ilə birlikdə E qrupunda çıxış edən yığmaların görüşü qonaq komandanın tərcüməçisinin işdən azad olunması ilə nəticələnib.

Futbolçu İvan Perişiçin ifadələri tərcümə olunarkən xorvatiyalıların mətbuat xidmətinin rəhbəri Tomislav Patsak müdaxiləni zəruri sayıb. Tərcüməçinin işindən narazı qalan qurum rəsmisi onu işindən azad edərək özü tərcümə ilə məşğul olub.

Qeyd edək ki, Uels – Xorvatiya oyunu oktyabrın 13-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə