İsveç alimlərinə görə, payızın gəlişi təkcə havaların soyuması və yağışların çoxalması ilə müşayiət olunmur. Bir çox qadınların saçları məhz payız mövsümündə güclü tökülür. Məlumdur ki, bir saç tükü 2-6 il yaşayır. Bir saç follikulundan inkişaf edən tük 2-6 ay ərzində uzanır və sonra təxminən üç ay ərzində dincəlir.
Saç tüklərinin 90 faizi artım vəziyyətindədir, 10 faizi isə dincəlir. Saçlar əsas etibarilə yay aylarında gurlaşır və başın dərisini ultrabənövşəyi şüalardan qoruyur. Payızda isə onların böyük qismi dincəlmək fazasına keçir. Qadınlarda saç tökülməsi oktyabr ayında ən yüksək həddə çatır.
Ekspertlər onu da bildirirlər, saçların tökülməsinə təkcə payız fəsli səbəb deyildir. Vəziyyəti ağırlaşdıran bir çox digər amillər vardır. Orqanizmin nasaz olduğunu məhz saçların durumu göstərir. Saçların tökülməsini, məsələn, tərkibində beta-blokatorlar və ya retinoidlər olan bəzi dərman preparatlarının qəbulu, yaxud dəmir çatışmazlığı və bundan qaynaqlanan anemiya doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə