Xanımlar, özünüzü kişiyə sevdirmək üçün bu yazını mütləq oxuyun...
“Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır”. Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözəllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və digər bu kimi müəyyən komplekslər yaranmağa başlayır. Bununla da bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən “o qadın məndən gözəldirmi? Mənim ondan nə əskiyim var?”, - deyirlər. Bəylər isə xəyanətlə rastlaşarkən “məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?”, - deyə düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman seçilməmişlik, kişilər isə aldadılmışlıq duyğusu keçirir.
Amma artıq “vizual görüntü xəyanətdə böyük rol oynayır” tendensiyası son illər öz təsdiqini tapmır. Alman alimlərinin araşdırmalarına görə, kişilərdə bağlılıq duyğusu qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınların əksəriyyəti bunu görə və istifadə edə bilmir.
Kişilər xanımlarında öz analarını axtarırlar. Buna psixoanalizdə Edip kompleksi – oğulun anaya olan məhəbbəti deyilir. Əgər qadınlar bu həssas nöqtədən tuta bilsələr, özlərini kişilərə sevdirə bilərlər. Bunun üçün xanımlarımız qayınanalarını yaxşı tanımağa çalışmalıdırlar. Gəlin, əsasən, bir neçə sirri sizlərlə paylaşaq:
1. “Kişinin qəlbinə gedən yol mədəsindən keçər” sözlərini boşuna deməyiblər. Qadınların onlara bişirdikləri yeməkləri özlərinə qarşı qayğı kimi görürlər. Yəni kişilər üçün bişirilən yeməyin dadı ikinci plandadı, əsas ona sərf olunan zaman və əziyyətdir.
2. Kişilərin qadınların onları uşaq kimi əzizləməyi üçün lap ürəkləri gedir. Məsələn, saçlarını tumarlamaq, xəstələnəndə uşaq kimi onu əzizləmək – bir sözlə, qayğı göstərmək.
3. Kişilərə tərif demək. Amma qadına deyilən “necə də gözəlsən, ağıllısan” kimi təriflərdən fərqli olaraq, kişilərə “necə də güclüsən, sənin yanında özümü rahat hiss edirəm, məni himayə edə bilirsən” kimi sözlər desəniz, uduzmazsınız. Çünki kişilər gücə daha çox önəm verirlər. Onu da qeyd etmək lazımdır ki, kişilərə bu tərifləri deyərkən bunların sizin yanınızda etibarlı olduğunu da qeyd edin. Mənim gözümdə beləsən. Yəni kişi özünü sizin yanınızda güclü hiss etsin.
4. Kişilər bir şeyi dəfələrlə eşitdikdə ona qarşı biganələşir. Kişinin qüsurlarını birbaşa üzlərinə dedikdə utansalar da, bir müddətdən sonra “mən onsuz beləyəm” kimi düşünüb onu düzəltməyə cəhd göstərmirlər. Qadınlar kişilərin qüsurlarını dolayı yolla, yumşaldılmış formada onlara çatdırdıqda daha uğurlu olur. Məsələn, kişinin yalanını tutan zaman qadın bunu onun üzünə söyləməkdənsə, “xəbərim var, eyib olsun, çox təəssüf” kimi baxışlarla xırda atmacalar atsa, kişiyə bu, daha pis təsir edər, nəinki birbaşa söyləmək. Ümumiyyətlə, qadınlar bir az səbirli olsalar, kişilərdə daha çox olan günahkarlıq duyğusundan istifadə edə bilərlər.
Sonda isə onu qeyd etmək istəyirik ki, istər oxuduğunuz kitabla, istər baxdığınız filmlə, istər geyindiyiniz geyimlə, istərsə də istifadə etdiyiniz makiyajla həmişə maraqlı və baxımlı olmağa çalışın.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



