4. Kişilər bir şeyi dəfələrlə eşitdikdə ona qarşı biganələşir. Kişinin qüsurlarını birbaşa üzlərinə dedikdə utansalar da, bir müddətdən sonra “mən onsuz beləyəm” kimi düşünüb onu düzəltməyə cəhd göstərmirlər. Qadınlar kişilərin qüsurlarını dolayı yolla, yumşaldılmış formada onlara çatdırdıqda daha uğurlu olur. Məsələn, kişinin yalanını tutan zaman qadın bunu onun üzünə söyləməkdənsə, “xəbərim var, eyib olsun, çox təəssüf” kimi baxışlarla xırda atmacalar atsa, kişiyə bu, daha pis təsir edər, nəinki birbaşa söyləmək. Ümumiyyətlə, qadınlar bir az səbirli olsalar, kişilərdə daha çox olan günahkarlıq duyğusundan istifadə edə bilərlər.
Sonda isə onu qeyd etmək istəyirik ki, istər oxuduğunuz kitabla, istər baxdığınız filmlə, istər geyindiyiniz geyimlə, istərsə də istifadə etdiyiniz makiyajla həmişə maraqlı və baxımlı olmağa çalışın.