ABŞ-da 373 il əvvəl nəşr olunan dini kitab rekord məbləğdə satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nyu Yorkda təşkil edilən hərracda 1640-cı ildə nəşr olunan kitab amerikalı milyarder və xeyriyyəçi David Rubenstein tərəfindən alınıb. Hərrac başlayarkən 15-30 milyon dollar arasında satılacağı söylənilən kitab 14,2 milyon dollara satılıb.
ABŞ-da Kembric Universitetində yaradılan ilk mətbəədə dərc edilən 700 ədəd dini kitabdan hazırda yalnız 11-i qalır. Hərracda satılan kitab isə bu kitabların ən yaxşı vəziyyətdə qalan nümunəsidir.
Qeyd edək ki, bu günə qədər hərraca çıxarılan ən bahalı kitab 1994-cü ildə satılan Leonardo da Vinçinin əlyazmaları olub. Belə ki, "Codex Leicester " adlı kitab Microsoftun qurucusu Bil Qeyts tərəfindən 30,8 milyon dollara satın alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB